GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Səfəvi hökmdarı Şah İsmayıl Xətai ilə bağlı sosial şəbəkələrin Türkiyə seqmentində müzakirələr səngimək bilmir.
İndi də şahın 1514-cü ildə Çaldıran döyüşündən sonra həyat yoldaşı Taclı bəyimi meydanda qoyub qaçdığı iddia edilir.
Hətta bu məsələnin Osmanlı mənbələrində qeyd olunduğu da deyilir.
Guya Şah İsmayıl döyüşdə məğlubiyyətdən sonra yanında olan adamları ilə birlikdə meydanı tərk edib və həyat yoldaşını geridə qoyub.
Bu, nə dərəcədə həqiqətə uyğundur? Türkiyədə Səfəvi hökmdarına belə bir qərəzli yanaşmanın səbəbi nədir?
Globalinfo.az-a danışan yazıçı Məhbubə Cəfər deyib ki, Türkiyədə Şah İsmayılı əsasən “Xətai” kimi tanıyırlar, yəni şair kimi qəbul edir, amma dövlət başçısı kimi təqdim etmirlər: “Onun tam adı Şah İsmayıl Səfəvi adlandırılmalıdır.
Çünki “Xətai” onun şair kimi istifadə etdiyi ədəbi təxəllüsdür, “Səfəvi” isə rəhbərlik etdiyi dövlətin adından gəlir.