Icma.az
close
up
RU
Şah İsmayıl Çaldıran döyüşündən əvvəl qadınlara nə tapşırıb? 500 illik yalan üzə çıxdı

Şah İsmayıl Çaldıran döyüşündən əvvəl qadınlara nə tapşırıb? 500 illik yalan üzə çıxdı

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Səfəvi hökmdarı Şah İsmayıl Xətai ilə bağlı sosial şəbəkələrin Türkiyə seqmentində müzakirələr səngimək bilmir. İndi də şahın 1514-cü ildə Çaldıran döyüşündən sonra həyat yoldaşı Taclı bəyimi meydanda qoyub qaçdığı iddia edilir.

Hətta bu məsələnin Osmanlı mənbələrində qeyd olunduğu da deyilir. Guya Şah İsmayıl döyüşdə məğlubiyyətdən sonra yanında olan adamları ilə birlikdə meydanı tərk edib və həyat yoldaşını geridə qoyub.

Bu, nə dərəcədə həqiqətə uyğundur? Türkiyədə Səfəvi hökmdarına belə bir qərəzli yanaşmanın səbəbi nədir?

Globalinfo.az-a danışan yazıçı Məhbubə Cəfər deyib ki, Türkiyədə Şah İsmayılı əsasən “Xətai” kimi tanıyırlar, yəni şair kimi qəbul edir, amma dövlət başçısı kimi təqdim etmirlər:

“Onun tam adı Şah İsmayıl Səfəvi adlandırılmalıdır. Çünki “Xətai” onun şair kimi istifadə etdiyi ədəbi təxəllüsdür, “Səfəvi” isə rəhbərlik etdiyi dövlətin adından gəlir. Yəni onu bu formada təqdim etmək daha doğru olar. Osmanlılar tarixən Şah İsmayılı sevməyiblər. Buna baxmayaraq, hazırda Türkiyədə onu sevən, rəğbət göstərən kifayət qədər insan var.

Şah İsmayılın bəzi dairələr tərəfindən sevilməməsinin səbəblərindən biri onun Osmanlı hökmdarlarından fərqli olaraq hərəmxana saxlamaması, əxlaqlı və dürüst bir şəxsiyyət kimi tanınmasıdır. Səfəvi hökmdarı xalqına böyük xidmətlər göstərib, ədaləti bərpa edib və Azərbaycan ərazilərini birləşdirərək güclü bir dövlət qurub. Şah İsmayıla qarşı yönələn tənqidlərin bir qismi Şirvanşahlar üzərində həyata keçirdiyi hərbi əməliyyatlarla əlaqələndirilir. Lakin bu kontekstdə maraqlı bir sual yaranır: 40 min Anadolu şiəsinin başını kəsdiyi deyilən Yavuz Sultan Səlim necə olur ki, qəddar və zülmkar sayılmır? Halbuki bu, tarixdə qeydə alınmış ciddi bir vəhşilik kimi qiymətləndirilə bilər. Belə ikili yanaşmalar Şah İsmayılın siyasi və insani dəyərlərinin bəzən qərəzli şəkildə kölgə altına salındığını göstərir”.


Məhbubə Cəfər 

Yazıçı qeyd edib ki, Taclı bəyimin əsir götürülməsi ilə bağlı iddialar tarixi həqiqətə uyğun deyil:

“Həmin dövrdə Anadolu qadınlarından ibarət ordu yaradılıb və Səfəvi dövlətində də Taclı bəyimin rəhbərliyi ilə oxşar bir qadın dəstəsi təşkil olunub. Bu orduya 10 mindən çox qadın qoşulub. Taclı Bəyim də öz qadın döyüşçüləri ilə birlikdə savaşda iştirak etmək istəyirdi. Lakin Şah İsmayıl buna icazə verməyib. O, bunun ədalətli döyüş olmayacağını bildirib və deyib ki, Yavuz Sultan Səlimin göndərdiyi dörd məktubdan yalnız birinə cavab yazıb. Onun məktubları təhqiredici məzmun daşısa da, Şah İsmayılın verdiyi yeganə cavabda qarşı tərəfə hörmət nümayiş olunub. Buna baxmayaraq, Yavuz Səlim hücum niyyətindən əl çəkməyib və münaqişəyə səbəb olan gərginliyi davam etdirib. O səbəbdən Şah İmsayıl döyüşün ədalətli olacağına inanmayıb. Beləliklə, şah Çaldıran döyüşünə qatılmaq istəyən qadınlara müraciət ünvanlayaraq, “İstəmirəm ki, qadınlarımız əsir düşsün”, –  deyib. O, ehtiyac yaranacağı təqdirdə qadınlara uzaqdandağların başında müdaxilə etməyi – yəni ox atmağı tapşırıb.

Lakin Taclı bəyim vəziyyətin kritik olduğunu görərək atını minib bacıyanlarla (qadın döyüşçülərlə) birgə savaşa atılır. Döyüş zamanı yaralanır. Onu Bəhruzə adlı bir qadın döyüşçü xilas edir. Bəhruzə xanım Taclı bəyimi təhlükədən uzaqlaşdırmaq üçün bir kolda gizlədir, çünki düşmən mövqeyinə yaxın ərazidə onu tərk etməyin təhlükəli olduğunu anlayır. Bəhruzə xanım Taclı bəyimin üst geyimini geyinir, atına minib gedir. Düşmən elə bilir ki, bu, Taclı bəyimin özüdür və onun ardınca düşürlər. Bu vaxt Şah İsmayılın xanımı yaralı halda kolluğun içində qalır. Bir müddət sonra təsadüfən həmin ərazidən keçən bir nəfər zəif zarıltı səsi eşidir və yaxınlaşaraq Taclı bəyimi görür. Nə baş verdiyini soruşanda, Taclı bəyim başındakı əmmamənin üzərindəki ləli göstərib deyir: “Apar, bunu Xoy hakiminə ver. O, kim olduğumu anlayacaq”. Taclı bəyim bu şəkildə öz kimliyini çatdıraraq kömək istəmiş olur. Orada başa düşürlər ki, bu Səfəvi hökmdarının xanımına məxsusdur və həmin əraziyə gedib onu müalicə edib vəziyyəti barədə Şah İsmayıla xəbər göndərilir. Bu arada Bəhruzə xanım isə düşmən tərəfindən əsir götürülür. O, öz kimliyini gizlədir və düşmənlər onun həqiqətən də Taclı bəyim olduğunu düşünürlər. Bu səbəbdən düşərgədə ciddi ajiotaj yaranır və vəziyyətlə bağlı müxtəlif söhbətlər dolaşmağa başlayır”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 İyul 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri