Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Yeni layihə yataqdan qazın nəqlini sürətləndirəcək Böyük Britaniyanın “BP plc” şirkəti “Şahdəniz” yatağında “Shah Deniz Compression” (SDC) platformasının tikintisi layihəsi üzrə yekun investisiya qərarının cari ilin iyun ayında qəbul edilməsini gözləyir.
Bunu jurnalistlərə “BP-Azerbaijan”ın şirkətxarici kommunikasiyalar üzrə rəhbəri Tamam Bayatlı bildirib.
O deyib ki, hazırda “Şahdəniz”də bütün diqqət yeni layihəyə – SDC kompressor platformasının tikintisinə yönəlib.
“Biz bu layihənin Ətraf Mühitə və Sosial Sahəyə Təsirlərinin Qiymətləndirilməsi hesabatını ictimaiyyətə təqdim etmişik.
Sənəd hökumətə də təqdim edilib və onun təsdiqlənməsini gözləyirik ki, bu da icra mərhələsinə keçid deməkdir.
Lakin icranın başlanmasından əvvəl yekun investisiya qərarı qəbul edilməlidir, bunu yaya, ən geci ikinci rübün sonuna planlaşdırmışıq, lakin məndə olan məlumata görə, bu, iyun ayına nəzərdə tutulub”, – deyə şirkət rəsmisi əlavə edib.
Onun sözlərinə görə, növbəti mərhələdə layihənin həyata keçirilməsi üçün podratçılar və tikinti sahələri seçiləcək.