Icma.az
close
up
RU
“Şahdəniz”də kompressor platforması quraşdırılacaq

“Şahdəniz”də kompressor platforması quraşdırılacaq

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Yeni layihə yataqdan qazın nəqlini sürətləndirəcək

Böyük Britaniyanın “BP plc” şirkəti “Şahdəniz” yatağında “Shah Deniz Compression” (SDC) platformasının tikintisi layihəsi üzrə yekun investisiya qərarının cari ilin iyun ayında qəbul edilməsini gözləyir. Bunu jurnalistlərə “BP-Azerbaijan”ın şirkətxarici kommunikasiyalar üzrə rəhbəri Tamam Bayatlı bildirib.

O deyib ki, hazırda “Şahdəniz”də bütün diqqət yeni layihəyə – SDC kompressor platformasının tikintisinə yönəlib. “Biz bu layihənin Ətraf Mühitə və Sosial Sahəyə Təsirlərinin Qiymətləndirilməsi hesabatını ictimaiyyətə təqdim etmişik. Sənəd hökumətə də təqdim edilib və onun təsdiqlənməsini gözləyirik ki, bu da icra mərhələsinə keçid deməkdir. Lakin icranın başlanmasından əvvəl yekun investisiya qərarı qəbul edilməlidir, bunu yaya, ən geci ikinci rübün sonuna planlaşdırmışıq, lakin məndə olan məlumata görə, bu, iyun ayına nəzərdə tutulub”, – deyə şirkət rəsmisi əlavə edib. Onun sözlərinə görə, növbəti mərhələdə layihənin həyata keçirilməsi üçün podratçılar və tikinti sahələri seçiləcək.

Şirkətin daha əvvəl yaydığı məlumata əsasən, layihəyə elektrik enerjisi ilə işləyən SDC pilotsuz kompressor platformasının tikintisi, elektrik və fiber-optik kabellərin, həmçinin “Alfa” və “Bravo” platformalarından yataqdaxili sualtı qaz kəmərlərinin çəkilməsi daxildir. Platformadan sırf kompressor qurğuları üçün nəzərdə tutulduğundan burada qazma işləri aparılmayacaq. SDC qazın kompressiyası üçün hər biri 11 meqavat gücündə 4 kompressorla təchiz ediləcək. Dənizdə texniki xidmət yükünü minimuma endirmək üçün platforma sadələşdirilmiş elektriklə çalışan əsasən heyətsiz qurğu kimi layihələndirilib.

Yeni platforma “Şahdəniz” yatağının bəzi laylarından aşağı təzyiqli qazın Səngəçal terminalına çatdırılması üçün nəzərdə tutulub. “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından hasil ediləcək aşağı təzyiqli qaz əvvəlcə kompressiya olunmaq üçün yeni platformaya, təzyiq artdıqdan sonra isə “Səngəçal” terminalına daxil olacaq.

Qeyd edək ki, “Shah Deniz Compression” platforması “Şahdəniz Alfa” platformasından 10 kilometr, “Şahdəniz Bravo” platformasından isə 3 kilometr məsafədə suyun 85 metr dərinliyində yerləşəcək. SDC platformasının dayaq blokunun və üst tikilisinin, eləcə də sualtı infrastrukturun komponentlərinin Azərbaycanda inşa edilməsi planlaşdırılır. Tikinti sahələrində quruda inşaat və istismara verilmə fəaliyyətlərinin əksəriyyətinin 2026 və 2028-ci illər arasında həyata keçiriləcəyi gözlənilir. 2029-cu ilin yanvar-iyul aylarında “Şahdəniz Alfa”, 2030-cu ilin aprel-may aylarında isə “Şahdəniz Bravo” platformalarından ilk qaz hasilatı nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Mart 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri