Sahibə Qafarova TÜRKPA nın Baş katibi ilə görüşüb

15.09.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Sentyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənlə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə TÜRKPA-nın türk dövlətləri arasında əməkdaşlığın daha da inkişafındakı rolu, türkdilli ölkələri maraqlandıran məsələlərin müzakirəsi baxımından təşkilatın əhəmiyyəti, bu quruma üzv ölkələrin liderlərinin təşkilata verdiyi dəstəyin önəmi barədə fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın TÜRKPA-ya sədrliyi dövründə bu təşkilatın xətti ilə görülmüş işlər, qurumun beynəlxalq parlament təşkilatları, o cümlədən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əlaqələrinin genişləndirilməsi barədə fikirlərini bölüşüb.
Söhbət zamanı bildirilib ki, Milli Məclis həm TÜRKPA ilə, həm də bu təşkilata üzv qardaş ölkələrin parlamentləri ilə əməkdaşlığın inkişafına böyük önəm verir.
Görüşdə təşkilatın gələn ay Qırğızıstanın Bişkek şəhərində keçiriləcək plenar iclasına hazırlıq, tədbirdə müzakirə ediləcək məsələlər nəzərdən keçirilib, perspektiv planlar barədə danışılıb.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью