Sahibə Qafarova TÜRKPA nın Baş katibi ilə görüşüb
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Sentyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənlə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə TÜRKPA-nın türk dövlətləri arasında əməkdaşlığın daha da inkişafındakı rolu, türkdilli ölkələri maraqlandıran məsələlərin müzakirəsi baxımından təşkilatın əhəmiyyəti, bu quruma üzv ölkələrin liderlərinin təşkilata verdiyi dəstəyin önəmi barədə fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın TÜRKPA-ya sədrliyi dövründə bu təşkilatın xətti ilə görülmüş işlər, qurumun beynəlxalq parlament təşkilatları, o cümlədən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əlaqələrinin genişləndirilməsi barədə fikirlərini bölüşüb.
Söhbət zamanı bildirilib ki, Milli Məclis həm TÜRKPA ilə, həm də bu təşkilata üzv qardaş ölkələrin parlamentləri ilə əməkdaşlığın inkişafına böyük önəm verir.
Görüşdə təşkilatın gələn ay Qırğızıstanın Bişkek şəhərində keçiriləcək plenar iclasına hazırlıq, tədbirdə müzakirə ediləcək məsələlər nəzərdən keçirilib, perspektiv planlar barədə danışılıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Sahibə Qafarova TÜRKPA nın plenar iclasında çıxış etdi FOTO
20 Oktyabr 2026 16:58
Sahibə Qafarova TÜRKPA nı gənclər siyasətini gücləndirməyə çağırıb
20 Oktyabr 2026 17:25
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
15 Noyabr 2024 17:23
Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi ilə görüşüb
14 Noyabr 2024 17:36
Baxış sayı:100
Bu xəbər 15 Sentyabr 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















