“Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” Dilçilik İnstitutunun…
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Fevralın 21-i Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il qeyd olunan Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilini qorumalı olduğunu bir daha xatırladır.Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir.
Həmçinin, ilk eşitdiyimiz söz, anamızın laylası, nağılı bu dildədir. Bu dildə doğru, düzgün danışmaq da biz vətəndaşların borcudur.
Lakin bəzən şifahi nitqdə xarici dillərdən istifadə edənlər öz dilimizin kasad olmasını əsas gətirirərək özlərinə haqq qazandırırlar.
Amma bədii ədəbiyyat, xalq yaradıcılığı nümunələrinə baxanda dilin lüğət tərkibinin deyildiyi qədər zəif olmadığını görürük.Dilimiz xarici dövlətlərin istilası ilə, rəsmi dövlət dili statusu gec aldığına görə, müəyyən təsirlər var.
Amma bunlardan dilimizi arındırmaq öz əlimizdədir.Azərbaycan dilinin problemləri nədir?
Dilimizi necə zənginləşdirə bilərik?Mövzu ilə bağlı Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli Bizim.Media-ya danışıb.O bildirib ki, Azərbaycan dilini qlobal təhlükə gözləməsə də, dil normaları çox pozulur:“Hər bir xalqın ana dili varsa, deməli, o mövcuddur, yaşayır.
Statsitikaya baxsaq, dünyada 7 minə yaxın dil olduğunun, onun 3500-nün sıradan çıxdığını görərik.
Tam oxu
Xəbəri oxu