Icma.az
close
up
RU
“Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” Dilçilik İnstitutunun direktor müavinindən ETİRAZ

“Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” Dilçilik İnstitutunun direktor müavinindən ETİRAZ

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fevralın 21-i Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il qeyd olunan Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilini qorumalı olduğunu bir daha xatırladır.
Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir. Həmçinin, ilk eşitdiyimiz söz, anamızın laylası, nağılı bu dildədir. Bu dildə doğru, düzgün danışmaq da biz vətəndaşların borcudur. Lakin bəzən şifahi nitqdə xarici dillərdən istifadə edənlər öz dilimizin kasad olmasını əsas gətirirərək özlərinə haqq qazandırırlar. Amma bədii ədəbiyyat, xalq yaradıcılığı nümunələrinə baxanda dilin lüğət tərkibinin deyildiyi qədər zəif olmadığını görürük.
Dilimiz xarici dövlətlərin istilası ilə, rəsmi dövlət dili statusu gec aldığına görə, müəyyən təsirlər var. Amma bunlardan dilimizi arındırmaq öz əlimizdədir.
Azərbaycan dilinin problemləri nədir? Dilimizi necə zənginləşdirə bilərik?
Mövzu ilə bağlı Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli Bizim.Media-ya danışıb.
O bildirib ki, Azərbaycan dilini qlobal təhlükə gözləməsə də, dil normaları çox pozulur:
“Hər bir xalqın ana dili varsa, deməli, o mövcuddur, yaşayır. Statsitikaya baxsaq, dünyada 7 minə yaxın dil olduğunun, onun 3500-nün sıradan çıxdığını görərik. Hazırda təhlükə qarşısında olan dillər də var. Azərbaycan dili dövlət dili statusuna malik olduğu üçün Azərbaycan dilini belə təhlükə gözləmir. Azərbaycan dili dövlət dili olsa da dilin təsdiqində müəyyən problemlər var. Bu, özünü reklam, afişa, ictimai iaşə obyektləri, restoran, kafe adlarından tutmuş televiziya aparıcıların dilində göstərir. Mediada, sosial şəbəkələrdə dil normaları istər fonetik, istər leksik, istər qrammatik səviyyədə pozulur”.
Dilçi alim dilə yanaşmada əsas vətəndaşın üzərinə məsuliyyətin düşdüyünü qeyd edib:

“Ana dilimizə özümüz hörmət etməliyik. Əgər bir sahibkar müəssisə açır, onun adını əcnəbi dildə qoyursa, bu düzgün deyil. Şadlıq sarayı yazmaq əvəzinə “palace” yazırlar. Şadlıq evlərinə mənalarını bilmədikləri yunan, roma mifologiyasından adlar qoyurlar. Dövlət dili haqqında qanunda qeyd olunub ki, istənilən obyektin adı ilk növbədə ana dilində olmalıdır. Bəziləri bu qanuna riayət etmir. Dil haqqında, dilin inkişafı haqqında mükəmməl qanunlar var. Bakı Şəhər İcra Hakimiyyəti bunlara nəzarət etməlidir, obyektlərə ad dilçi mütəxəssislərin iştirakı ilə verilməlidir. Dil məsələsinə milli hisslərlə yanaşılmalıdır”.
O, Azərbaycan dilinin kasıb olduğunu deyənlərin ana dilini yaxşı bilmədiklərini vurğulayıb:
“Bəzən öz sözlərimizi bilmirik deyə əcnəbi sözlərdən istifadə edirik. Amma deyirik ki, Azərbaycan dilinin lüğət tərkibi zəngin deyil, kasaddır. Ayaz Salayevin müsahibəsinə baxmışam, adama pis təsir edir. Deyir ki, türk dili Azərbaycan dilinə mənfi təsir edir. Amma elə deyil, dilin kökü birdir, ortaq sözlərimiz də çoxdur. Lakin bu gün yersiz türk ləhcəsi, türk sözlərini işlədirlər. Dilə dəb kimi baxırlar. “Falan”, “zatən”, “okay” deyirik, bu sözlər yerli-yersiz gəlir və dilimizi korlayır. Dilimizin ifadə imkanları kifayət qədər genişdir. Müasir yazıçılar bəzən deyirlər ki, bizim dilimiz ölüvay dildir. Yazıçı bu cür yanaşmamalıdır. Bu probem hər birimizi narahat eləməlidir”.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Fevral 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri