Şahin Diniyev Azərbaycan kubokunun sahibinin adını açıqlayıb | Icma.az
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Həm oyun, həm də hesab baxımından “Qarabağ” və “Neftçi”nin aşkar üstünlüyü vardı”.
Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.
Mütəxəssis Azərbaycan kuboku 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı fikirlərini açıqlayıb.
O bildirib ki, “Qarabağ” - “Səbail” və “Neftçi” - “Kəpəz” cütlərinin taleyi əvvəlcədən məlum idi: “Ona görə də, sürpriz bir nəticə qeydə alınmadı.
Ancaq “Sumqayıt” - “Sabah” matçında şanslar 60 faiz bakılıların xeyrinə idi.
Ev sahiblərinin son vaxtlar düşüşdə olması, birinci oyunun 0:0 hesabı ilə bitməsi kimi faktorlar vardı.
“Sabah”ın hücum xəttində olan keyfiyyət oyunçular matçın taleyini həll etdi.
Tam oxu
Xəbəri oxu