Icma.az
close
up
RU
Şahin Diniyev Azərbaycan kubokunun sahibinin adını açıqlayıb

Şahin Diniyev Azərbaycan kubokunun sahibinin adını açıqlayıb

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Həm oyun, həm də hesab baxımından “Qarabağ” və “Neftçi”nin aşkar üstünlüyü vardı”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Mütəxəssis Azərbaycan kuboku 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, “Qarabağ” - “Səbail” və “Neftçi” - “Kəpəz” cütlərinin taleyi əvvəlcədən məlum idi: “Ona görə də, sürpriz bir nəticə qeydə alınmadı. Ancaq “Sumqayıt” - “Sabah” matçında şanslar 60 faiz bakılıların xeyrinə idi. Ev sahiblərinin son vaxtlar düşüşdə olması, birinci oyunun 0:0 hesabı ilə bitməsi kimi faktorlar vardı. “Sabah”ın hücum xəttində olan keyfiyyət oyunçular matçın taleyini həll etdi. Düzü, “Sumqayıt”ın bu qədər böyük hesabla uduzmasını gözləmirdim. Hər iki komandanın düşüşdə olduğunu və stabil oynamadıqlarını nəzərə alaraq, matçın “Sabah”ın 1:0 hesablı qələbəsi ilə bitəcəyini güman edirdim. Ancaq nəticə gözlənilməz oldu”.

Onun sözlərinə görə, “Zirə” və “Araz Naxçıvan” arasındakı ilk qarşılaşma ikincilərin minimal hesablı qələbəsi ilə bitdiyi üçün bu oyunda qəsəbə təmsilçisi hücum potensialından maksimum istifadə edərək, matçın taleyini müəyyənləşdirə bilərdi: “Bu qarşılaşmada şanslar bərabər dəyərləndirilsə də, nəticə gözlənilməz oldu. Oyuna baxanda “Zirə”nin üstünlüyünü görsək də, qol vəziyyətlərindən yaxşı istifadə edən “Araz Naxçıvan” 2:0 hesablı qələbə qazandı”.

Diniyev kubok oyunlarının yarımfinal görüşləri ilə bağlı proqnozlarını açıqlayıb: “Kubok oyunları uzun marafonlu bir yarış deyil. Bir-iki matça köklənərək yaxşı nəticə əldə etmək mümkündür. Son qarşılaşmalar da bunu göstərdi. Ən əsası isə kubokda nəsə səhv edəndə vəziyyəti düzəltmək olmur və komanda yarışla vidalaşır. Buna görə də, bu oyunlarla bağlı proqnoz vermək çətindir. Ancaq görünən mənzərə odur ki, “Araz Naxçıvan”la oyunda “Qarabağ” fürsəti əldən verməyəcək. Ağdam təmsilçisini kubokun sahibi kimi də görmək olar. Həm oyun, həm futbolçuların potensialı, həm də təcrübə bunu deməyə əsas verir. “Neftçi” - “Sabah” oyunu ilə bağlı isə nəsə demək çox çətindir. Bu matçda güclər bərabərdir. Hər iki komandanın çempionatda şansları çox az qaldığına görə, avrokuboklara gedən yolda bu oyun çox vacibdir. Şanslar bərabər olduğu üçün istənilən nəticə gözləniləndir”.

Qeyd edək ki, yarımfinalın oyunları aprelin 2-də və 23-də keçiriləcək.

Aytac Sahəd
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Mart 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri