Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Şahmatın mistikasına baxış: strateji oyun, yoxsa astroloji xəritə?
Tarixdə şahmat taxtası üzərindəki mistik riyazi hesablamalarla gələcəkdə baş verəcək hadisələri görməyin və hətta ona təsir etməyin mümkün olduğunu iddia edənlər olmuşdur.
Hətta X əsrdə yaşamış məşhur ərəb tarixçisi Əl-Məsudinin fikrincə, şahmat taxtasındakı xanalar, kainatda gedən proseslərin bir simvolu idi.
Bu kontekst hind astroloji sistemində də mühüm yer tuturdu, çünki qədim hind alimləri kainatın və insanın taleyinin müəyyən riyazi qanunauyğunluqlara tabe olduğunu düşünürdülər.
Təsadüfi deyil ki, ərəb tarixçisi Əl-Məsudi məlu-mat vermişdir ki, “hindlilər şahmat taxtası üzərindəki xanalar vasitəsilə zamanın və çağların hərəkətini, planeti idarə edən təsirləri, şahmat ilə insan ruhu arasındakı əlaqələri açıqlamışlar”.
Ərəblər isə bu oyunu öyrəndikdən sonra onu intellektual fəaliyyətə çevirmişdir, lakin bəzi sufi cərəyanlarında şahmatın fal açmaq üçün istifadəsinə dair qeydlər vardır.
Məhz bu cərəyanlara aid bəzi sufilər şahmat fiqurlarının hərəkətlərini müqəddəs numerologiya ilə əlaqələndirmiş və müxtəlif gələcək proqnozları vermək üçün istifadə etmişlər.
Orta əsr Avropasında da şahmatın falçılıq üçün istifadə edildiyinə dair qeydlər var.