Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Şahmatdan falçılıq üçün necə istifadə ediblər? ESKPERT AÇIQLADI

Şahmatdan falçılıq üçün necə istifadə ediblər? ESKPERT AÇIQLADI

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şahmatın mistikasına baxış: strateji oyun, yoxsa astroloji xəritə? 

Tarixdə şahmat taxtası üzərindəki mistik riyazi hesablamalarla gələcəkdə baş verəcək hadisələri görməyin və hətta ona təsir etməyin mümkün olduğunu iddia edənlər olmuşdur.

Hətta X əsrdə yaşamış məşhur ərəb tarixçisi Əl-Məsudinin fikrincə, şahmat taxtasındakı xanalar, kainatda gedən proseslərin bir simvolu idi. Bu kontekst hind astroloji sistemində də mühüm yer tuturdu, çünki qədim hind alimləri kainatın və insanın taleyinin müəyyən riyazi qanunauyğunluqlara tabe olduğunu düşünürdülər. Təsadüfi deyil ki, ərəb tarixçisi Əl-Məsudi məlu-mat vermişdir ki, “hindlilər şahmat taxtası üzərindəki xanalar vasitəsilə zamanın və çağların hərəkətini, planeti idarə edən təsirləri, şahmat ilə insan ruhu arasındakı əlaqələri açıqlamışlar”. 

Ərəblər isə bu oyunu öyrəndikdən sonra onu intellektual fəaliyyətə çevirmişdir, lakin bəzi sufi cərəyanlarında şahmatın fal açmaq üçün istifadəsinə dair qeydlər vardır. Məhz bu cərəyanlara aid bəzi sufilər şahmat fiqurlarının hərəkətlərini müqəddəs numerologiya ilə əlaqələndirmiş və müxtəlif gələcək proqnozları vermək üçün istifadə etmişlər.

Orta əsr Avropasında da şahmatın falçılıq üçün istifadə edildiyinə dair qeydlər var. Xüsusilə, bəzi orta əsr ruhaniləri şahmatı “həyatın güzgüsü” adlandırırdı. Bu oyun vasitəsilə hökmdarlar müəyyən addımların siyasi nəticələrini anlamağa çalışırdılar.

Bəzi rituallar aşağıdakı kimi idi:

Şahmat lövhəsində müəyyən fiqurların yerləşdirilməsi ilə tale proqnozları aparılırdı.

Fiqurların yerlərinin dəyişməsi astroloji təsirlərlə müqayisə edilirdi.

Müəyyən kombinasiyalar şahmatçının gələcək uğurunu və ya uğursuzluğunu göstərirdi.

Şahmat oyunundan falçılıq və gələcəyi öncədən görmək məqsədilə istifadə olunmasına dair maraqlı faktlara Azərbaycan tarixində də rast gəlmək mümkündür. Görkəmli Azərbaycan nasiri, şairi və dramaturqu Məmməd Səid Ordubadinin qeyd edir ki, orta əsrlərdə şahmat oyunundan “bəxti yoxlamaq”, “fal açmaq” üçün istifadə olunmuşdur. Belə ki, o, “Qılınc və qələm” romanında yazır: “Atabəy Məhəmməd Hüsaməddinin qələbə qazanıb-qazanmadığına fal açmaq üçün şahmat taxtasına yanaşıb Qızıl Arslana “gəl otur, bir əl şahmat oynayaq” dedikdə Qızıl Arslan oturdu. Heç bir söz demədən şahmat cəbhəsini bölüşdürməyə başladılar, piyadalar, atlılar və şahlar iki tərəfə ayrıldı. Atabəy oyuna başlar-başlamaz atları irəli sürməyə çalışırdı. Qızıl Arslan Atabəyin nə etmək istədiyini anlayır və onun irəli sürdüyü atının Hüsaməddinlə bərabər Gəncə üzərinə gedən atlı ordudan ibarət olduğunu başa düşürdü.

Qızıl Arslan düşünə-düşünə oynayırdı. O, qarşı-qarşıya duran atlıları müqayisə edirdi. Fəxrəddinin Hüsaməddinə qələbə çala biləcəyinə heç də şübhə etmirdi. Buna görə də o, Fəxrəddn deyə fəal vurduğu atı irəli sürürdü. Oyun çox da uzun çəkmədi. Hökmdarın əmri ilə irəli yürüyən atlı şahmat taxtasının üstündə görünmürdü. Şah mat olunca Atabəy bir ah çəkib şahmat taxtasının yanından qalxdı, yenə də Qızıl Arslan eyvanı dolaşmağa başladı. Qızıl Arslan qəlbində müvəffəq olduğu faldan sevinirdi”.

Qeyd edək ki, orta əsrlər dövründə şahmatdan “fal açmaq” məqsədilə istifadə olunması barədə M.S.Ordubadinin irəli sürdüyü bu mülahizəni M.Vodbolski də təsdiq edib sözügedən məsələ haqqında maraqlı məlumatlar vermişdir . Belə ki o, 1954-cü ildə “Şahmat qədim astrologiya kultlarının elementi kimi” adlı məqaləsində (Водбольский М. Шахматы как элемент астрологических культов в древности. Бюллетен полуфинала ХХI чемпионата СССР. Тбилиси, 1954, № 4, стр. 4) şahmatın qədim astrologiya sistemlərinə inteqrasiya edildiyini göstərir. Onun fikrincə, qədim dövrlərdə şahmat hərbi strategiya ilə yanaşı, astroloji proqnozlar üçün də istifadə olunurdu. Qədim Misir, Babilistan və İran mədəniyyətlərində şahmat taxtası planetlərin hərəkətini və onların yerə təsirlərini simvolizə edirdi.

Beləliklə, şahmatın təkcə intellektual oyun deyil, həm də mistik və simvolik mənalarla yüklü bir fenomen olduğu tarixi mənbələrdə açıq şəkildə görünür. Tarix boyu insanlar şahmatı simvolik və mistik baxımdan araşdırmış, onu gələcəyi öncədən görmək və hətta hadisələrə təsir etmək üçün bir vasitə hesab etmişlər. Bu cür inancların həqiqətə nə dərəcədə uyğun olub-olmaması bir yana, onların şahmatın mədəniyyətlərarası əhəmiyyətini və insan düşüncəsinə təsirini daha da gücləndirdiyi açıqdır.

Yunis Xəlilov

//moderator.az/az/ekskluziv/851308/sahmatin-mistikasina-baxis-strateji-oyun-yoxsa-astroloji-xerite/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Fevral 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri