Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 1 yanvar, AZƏRTAC Şahmatın blits növü üzrə dünya çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində təşkil edilən yarışda ilk dəfə 2 qalib olub.
Norveçli Maqnus Karlsen və rusiyalı Yan Nepomnyaşi dünya çempionu adını qazanıblar.
Finalda üz-üzə gələn şahmatçıların dueli 3,5:3,5 hesabı ilə başa çatıb.
Yekunda qrossmeysterlərin qarşılıqlı razılığı əsasında onlar titulun ortaq sahibi olublar.
Bu, Maqnus Karlsenin təklifi əsasında gerçəkləşib. Qeyd edək ki, Yan Nepomnyaşi rapid üzrə dünya çempionatında 3-cü yeri tutub.
Maqnus Karlsen isə rəsmi geyim qaydalarını pozduğu üçün həmin yarışdan diskvalifikasiya edilib.