Şahmatın blits növü üzrə dünya çempionatında ilk dəfə iki qalib olub AZƏRTAC
Bakı, 1 yanvar, AZƏRTAC
Şahmatın blits növü üzrə dünya çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində təşkil edilən yarışda ilk dəfə 2 qalib olub. Norveçli Maqnus Karlsen və rusiyalı Yan Nepomnyaşi dünya çempionu adını qazanıblar.
Finalda üz-üzə gələn şahmatçıların dueli 3,5:3,5 hesabı ilə başa çatıb. Yekunda qrossmeysterlərin qarşılıqlı razılığı əsasında onlar titulun ortaq sahibi olublar. Bu, Maqnus Karlsenin təklifi əsasında gerçəkləşib.
Qeyd edək ki, Yan Nepomnyaşi rapid üzrə dünya çempionatında 3-cü yeri tutub. Maqnus Karlsen isə rəsmi geyim qaydalarını pozduğu üçün həmin yarışdan diskvalifikasiya edilib.
Baxış sayı:82
Mənbə:https://azertag.az