Icma.az bildirir, GlobalInfo portalına istinadən. Ölkədə 11 minə yaxın istismar müddəti bitən çoxmənzilli köhnə bina var.
Ekspertlər bildirirlər ki, bu binaların sığortaya cəlb olunması sığorta sektoru üçün risklidir.
Şirkətlər qəzalı və yarımqəzalı binalardakı mənzilləri sığorta etməkdən boyun qaçırırlar.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kaspi” qəzetinin məqaləsində bəhs olunur: “Azərbaycanda daşınmaz əmlakın katastrofik risklərdən icbari sığortası nəzərdə tutulur”.
Bunu mətbuata açıqlamasında Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.
O bildirib ki, beynəlxalq təcrübədə olduğu kimi, ölkəmizdə də katastrofik risklərin təsirinin azaldılması üçün sığorta effektiv müdafiə mexanizmi sayılır.
Bununla əlaqədar olaraq daşınmaz əmlakın icbari sığortasının katastrofik risklər üzrə daha geniş kütləyə təsir edə biləcək əhəmiyyətli zərərlərin aradan qaldırılması istiqamətində sığortanın təsiredici imkanlarının artırılması nəzərdə tutulur.
Bu sığorta növü üzrə beynəlxalq təcrübəyə əsaslanmaqla yeni konsepsiya hazırlanıb və aidiyyəti hüquqi aktların tərtib olunması üzrə işlər davam etdirilir.