Icma.az
close
up
RU
Sakinlərin nəzərinə: Bu binalar risk altında Cərimə...

Sakinlərin nəzərinə: Bu binalar risk altında Cərimə...

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Ölkədə 11 minə yaxın istismar müddəti bitən çoxmənzilli köhnə bina var. Ekspertlər bildirirlər ki, bu binaların sığortaya cəlb olunması sığorta sektoru üçün risklidir. Şirkətlər qəzalı və yarımqəzalı binalardakı mənzilləri sığorta etməkdən boyun qaçırırlar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kaspi” qəzetinin məqaləsində bəhs olunur:

“Azərbaycanda daşınmaz əmlakın katastrofik risklərdən icbari sığortası nəzərdə tutulur”. Bunu mətbuata açıqlamasında Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib. O bildirib ki, beynəlxalq təcrübədə olduğu kimi, ölkəmizdə də katastrofik risklərin təsirinin azaldılması üçün sığorta effektiv müdafiə mexanizmi sayılır. Bununla əlaqədar olaraq daşınmaz əmlakın icbari sığortasının katastrofik risklər üzrə daha geniş kütləyə təsir edə biləcək əhəmiyyətli zərərlərin aradan qaldırılması istiqamətində sığortanın təsiredici imkanlarının artırılması nəzərdə tutulur. Bu sığorta növü üzrə beynəlxalq təcrübəyə əsaslanmaqla yeni konsepsiya hazırlanıb və aidiyyəti hüquqi aktların tərtib olunması üzrə işlər davam etdirilir.

Son dövrlər daşqın, sel, meşə yanğınları, zəlzələlər, həmçinin bir sıra kütləvi tələfatlara və maddi ziyana səbəb olan təbii fəlakətlərin sayının artması ilə Mərkəzi Bank daşınmaz əmlakın icbari sığortasını yenidən gündəmə gətirib. Məlumdur ki, əslində bu, “İcbari sığorta haqqında” qanunda yer alır, amma tətbiq olunmur. Hətta bir neçə il öncə qanunun tətbiq ediləcəyi, sığorta olunmayanaların cərimələnəcəyi barədə xəbərlər yayılsa da, tətbiq edilmədi.

Maraqlıdır, nə üçün yaşadığımız mənzilləri sığorta etməkdə çətinlik çəkirik? Ümumiyyətlə, bu sahədə problemlər nədir? Yeni konsepsiya bu istiqamətdə nələri dəyişə bilər?

Qanun var, amma…

Sığorta eksperti İlkin Nəcəfov bildirib ki, daşınmaz əmlakın icbari sığortası da qanuna əsasən, icbari qaydada edilməlidir: “Katastrofik risklər dedikdə təbii fəlakətlər, yanğınlar, partlayışlar, ildırım vurması, zəlzələ kimi hadisələr nəzərdə tutulur. Hər bir əmlak – yaşayış, qeyri-yaşayış sahəsi icbari qaydada sığortalanmalıdır. Hazırda sakinlər bunu etməkdə maraqlı deyillər. Çünki cərimə mexanizminin işlək protokolu yoxdur. Bu cərimə mexanizmini həyata keçirəcək müvafiq icra hakimiyyəti orqanı təyin edilməyib. Qanun var, amma qanunun icrası ilə bağlı cərimə mexanizmi olmadığı üçün əhali də əmlakını sığortalamır”.

Qeyri-yaşayış sahələri üzrə əhatə dairəsi 100 faizə yaxındır

Mütəxəssis deyir ki, hazırda əmlaklarını sığortalayanlar daşınmaz əmlakla bağlı notariusda, dövlət orqanlarında əqdlər həyata keçirənlərdir: “Qeyri-yaşayış sahələrində icbari sığorta üzrə bazarın əhatə göstəricisi demək olar ki, 100 faizə yaxındır. Çünki icbari sığortası olmayan qeyri-yaşayış sahələri Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən cərimələnir. Amma yaşayış sahələrində bu mexanizm yoxdur. Mərkəzi Bank bununla bağlı iş aparır, müvafiq icra hakimiyyəti orqanının cərimə protokolu hazır olandan sonra bu sığortanın tətbiqi həyata keçiriləcək”.

Əvvəlki illərlə müqayisədə 2-3 dəfə azalıb

Əmlak eksperti Elnur Azadov isə deyir ki, iki il öncə bu sahədə maaifləndirmə aparılır, cəmiyyətdə maraq oyanırdı. İndi isə vəziyyət dəyişib: “Ölkədə artıq bir neçə ildir ki, daşınmaz əmlakın icbari sığortası həyata keçirilir, bununla bağlı müvafiq qanunvericilik var. İlk illər bu barədə geniş müzakirələr aparıldı. Hətta sığorta olmadığı halda inzibati məsuliyyətə, cərimələrə cəlb olunma məsələsi də gündəmdə var idi. Bu səbəbdən 2022-2023-cü ildə daşınmaz əmlakın icbari sığortası ilə bağlı xeyli sığorta müqavilələri bağlanıldı və bu sahədə inkişaf var idi. Lakin 2024-cü ildə proses yenidən səngidi. Vətəndaşlar sanki bunu unutdular. Ona görə də daşınmaz əmlakın icbari sığortası əvvəlki illərlə müqayisədə 2-3 dəfə azaldı”.

Sığorta hadisələri az, risklər çox deyil

Əmlak eksperti deyir ki, daşınmaz əmlakda sığorta hadisələrinin sayı az olduğundan, risklər də çox deyil. Buna görə də vətəndaşlar əmlakını sığorta etməyə meyilli deyillər: “Bu sahənin inkişafı üçün ölkədə çox işlər görülməlidir. Məsələn, qeyri-rəsmi məlumata görə, 500 mindən çox müxtəlif daşınmaz əmlakın mülkiyyətləri tanınmır, yəni, qanunsuz tikililərdir. Hətta mənə görə bu rəqəm 700-800 mindir. Çünki 500 min yalnız Bakı ərazisindədir. Belə böyük həcmdə daşınmaz əmlakın amnistiyası olmalıdır. Bu istiqamətdə illərdir işlər aparılır, lakin hələ də nəticə yoxdur. Nə vaxt ki, ölkədə olan bütün daşınmaz əmlakların mülkiyyəti tanınacaq, bu sektorun inkişafı üçün daha çox iştirakçı cəlb olunacaq”.

Hər hansı bədbəxt hadisə olarsa…

Mütəxəssisin sözlərinə görə, növbəti problem odur ki, ölkədə 11 minə yaxın istismar müddəti bitmiş çoxmənzilli köhnə bina var: “Onların da sığortaya cəlb olunması sığorta sektoru üçün risklidir. Onların içində xeyli sayda qəzalı və yarımqəzalı bina var. Bu, ciddi səbəbdir. Çünki sığorta şirkətləri qəzalı və yarımqəzalı binalardakı mənzilləri sığorta etməkdən boyun qaçırırlar. Hər hansı bədbəxt hadisə olarsa, təbii ki, bunun da nəticəsi yaxşı olmayacaq”.

Sığorta hadisələri az, risklər çox deyil

Əmlak eksperti deyir ki, daşınmaz əmlakda sığorta hadisələrinin sayı az olduğundan, risklər də çox deyil. Buna görə də vətəndaşlar əmlakını sığorta etməyə meyilli deyillər: “Bu sahənin inkişafı üçün ölkədə çox işlər görülməlidir. Məsələn, qeyri-rəsmi məlumata görə, 500 mindən çox müxtəlif daşınmaz əmlakın mülkiyyətləri tanınmır, yəni, qanunsuz tikililərdir. Hətta mənə görə bu rəqəm 700-800 mindir. Çünki 500 min yalnız Bakı ərazisindədir. Belə böyük həcmdə daşınmaz əmlakın amnistiyası olmalıdır. Bu istiqamətdə illərdir işlər aparılır, lakin hələ də nəticə yoxdur. Nə vaxt ki, ölkədə olan bütün daşınmaz əmlakların mülkiyyəti tanınacaq, bu sektorun inkişafı üçün daha çox iştirakçı cəlb olunacaq”.

Hər hansı bədbəxt hadisə olarsa…

Mütəxəssisin sözlərinə görə, növbəti problem odur ki, ölkədə 11 minə yaxın istismar müddəti bitmiş çoxmənzilli köhnə bina var: “Onların da sığortaya cəlb olunması sığorta sektoru üçün risklidir. Onların içində xeyli sayda qəzalı və yarımqəzalı bina var. Bu, ciddi səbəbdir. Çünki sığorta şirkətləri qəzalı və yarımqəzalı binalardakı mənzilləri sığorta etməkdən boyun qaçırırlar. Hər hansı bədbəxt hadisə olarsa, təbii ki, bunun da nəticəsi yaxşı olmayacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Aprel 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri