Şakir Şəkəroviç üçün “dütdülü”, bizim üçün də 3x3 basketbolu | Icma.az
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan millisinin İslandiyadan 0:5 hesablı məğlubiyyətlə dönməsi yenə də ehtirasları coşdurub, tənqid oxlarını AFFA və milli komandamızın ahıl çalışdırıcısı Fernandu Santuşun üzərinə cəmləyib.
Bəli, tənqidlər və onların müəllifləri haqlıdır. Elə biz özümüz də zaman-zaman haqlı tənqidlərimizi bu hədəflərin üzərinə yönəldirik.
Amma dərd orasıdır ki, bizdə bərbad vəziyyətdə olan təkcə futbol deyil. Ümumilikdə komanda növlərinin hamısı böhran vəziyyətindədir.
Desək ki, pul yoxdur, onda insafsızlıq etmiş olarıq. İdmanın az qala bütün növləri Azərbaycan dövlətinin nəzarəti altındadır.
Federasiyaların hər birində hansısa tanınmış nazir, yaxud da onun müavini rəhbər postu tutur.
Dövlətimizin də dəstəyi ilə ayrı-ayrı idman növlərinə yetərincə maliyyə dəstəyi ayrılır, idman kompleksləri, meydançalar, zallar, salonlar tikilir.
Xaricdən dəvət edilən mütəxəssislərin və idmançıların sayını-hesabını itirmişik.
Tam oxu
Xəbəri oxu