Icma.az
close
up
RU
Şakir Şəkəroviç üçün “dütdülü”, bizim üçün də 3x3 basketbolu

Şakir Şəkəroviç üçün “dütdülü”, bizim üçün də 3x3 basketbolu

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan millisinin İslandiyadan 0:5 hesablı məğlubiyyətlə dönməsi yenə də ehtirasları coşdurub, tənqid oxlarını AFFA və milli komandamızın ahıl çalışdırıcısı Fernandu Santuşun üzərinə cəmləyib. Bəli, tənqidlər və onların müəllifləri haqlıdır. Elə biz özümüz də zaman-zaman haqlı tənqidlərimizi bu hədəflərin üzərinə yönəldirik. Amma dərd orasıdır ki, bizdə bərbad vəziyyətdə olan təkcə futbol deyil. Ümumilikdə komanda növlərinin hamısı böhran vəziyyətindədir. 

Desək ki, pul yoxdur, onda insafsızlıq etmiş olarıq. İdmanın az qala bütün növləri Azərbaycan dövlətinin nəzarəti altındadır. Federasiyaların hər birində hansısa tanınmış nazir, yaxud da onun müavini rəhbər postu tutur. Dövlətimizin də dəstəyi ilə ayrı-ayrı idman növlərinə yetərincə maliyyə dəstəyi ayrılır, idman kompleksləri, meydançalar, zallar, salonlar tikilir. Xaricdən dəvət edilən mütəxəssislərin və idmançıların sayını-hesabını itirmişik. Bütün bunların həyata keçirilməsi üçün isə yetərincə böyük maliyyə vəsaiti xərclənib. Amma nə olsun? Basketbolda da, voleybolda da heç bir gözədəyən uğurumuz yoxdur, dünyanın idman xəritəsində özümüzə yer tapa bilmirik.

Dünən Gürcüstanın futbol yığması doğma meydanda Bolqarıstanı 3:0 hesabı ilə məğlub etdi. Gürcüləri sevindirən daha bir uğur isə basketbolda yaşandı. Gürcülər Riqada keçirilən Avropa çempionatında son səkkiz komandanın sırasına adlarını yazdırmağı bacardılar. Özü də bunu güclü Fransa yığmasını 80:70 hesabıyla məğlub etməklə gerçəkləşdirdilər. ¼ finala yüksələnlər arasında daha bir keçmiş SSRİ təmsilçisi - Litva da var. Deyəcəksiniz ki, Litvada həmişə basketbol güclü olub. Eyni sözləri futbolda gürcülər və ermənilər haqqında da deyirik və özümüzə yalançı təsəlli verməyə çalışırıq. Bəli, bu cür təskinlik yalançıdır. Çünki onlar güclüdülərsə, biz niyə güclü olmağa çalışmayaq? Əgər inkişaf edə bilmiriksə, nə üçün basketbol və voleybol federasiyaları özlərini buraxmır?

Bir məqama diqqətinizi çəkim. Bir vaxtlar qardaş Türkiyədə voleybol bizdən qat-qat zəif idi. Hörmətli Faiq Qarayev və onunla birlikdə tanınmış voleybolçu qızlarımız Türkiyəyə yollandılar, orda adlarından söz etdirdilər. Faqi bəyin Türkiyədə qadın voleybolunun inkişafında danılmaz əməyi var, adam orda əməlli-başlı bünövrə qoyub. Dünən də qardaş ölkənin qadınlardan ibarət yığması dünya çempionatının finalında oynadı, gümüş medal qazandı. Basketbolu bir kənara qoyuram, bəs Azərbaycanın voleybolçularına nə oldu? Həmişə qürrələndiyimiz qadın voleybolunda xeyli müddətdir ki, heç bir uğurumuzun yoxdur. Olan-qalanımız da əldən gedib, ötən illəri nostalgiya hissi ilə xatırlayırıq.

Gənclər və idman naziri Fərid Qayıbov da, voleybol və basketbol federasiyalarının rəhbərləri də ciddi-ciddi düşünməli, uğursuzluqlardan nəticə çıxarmalıdır. Nəticə əldə etmək üçün uzunmüddətli planlar qurulmalı, idmanın kütləviləşdirilməsinə sözdə yox, əməldə çalışmaq lazımdır. Federasiyaların fəaliyyətləri paytaxtdan kənara daşınmalı, bölgələrdəki istedadlı uşaqların axtarışına, onların tapılıb, inkişaf etdirilməsinə çalışmaq və buna nail olmaq mütləqdir. Başqa cür idmanı inkişaf etdirmək mümkün olmayacaq. İndiki səthi yanaşma ilə biz hələ uzun müddət futbolda da, voleybolda da, basketbolda da türklərin, gürcülərin uğurlarına həsəd aparacağıq. İstedadlı gənclərimiz də əyalətlərdə itib-batacaq, pis vərdişlərin, işsizliyin, maddi sıxıntıların qurbanına çevriləcək.

Hə, yaxşı yadıma düşdü. Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda ilk dəfə finala vəsiqə qazanıb. Bizi də bu cür uğurlar münasibətiylə təbrik edirlər. Surxayzadənin keçmiş nazirin keçmiş müavini Şakir Şəkəroviçi nərddə "dütdülü” atması münasibətiylə təbrik etdiyi kimi. Ciddi işlərlə məşğul olmaq lazımdır, cənablar!

Amal Abuşov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri