Şakira Dohaya gedə bilmədi

29.08.2026

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Dünya şöhrətli müğənni Şakiranın “Las Mujeres Ya No Lloran” dünya turu çərçivəsində noyabrın 18-də Qətərin paytaxtı Dohada, 974 Stadionunda keçirilməsi planlaşdırılan konserti ləğv edilib. 

Axşam.az xəbər verir ki, konsertin biletlərinin satışını həyata keçirən şirkət tərəfindən alıcılara ləğv barədə bildirişlər göndərilməyə başlanılıb. Bilet ödənişlərinin hər hansı əlavə əməliyyat tələb olunmadan 21 gün ərzində avtomatik şəkildə geri qaytarılacağı bildirilib.

Konsertin hansı səbəbdən ləğv edildiyi isə hələlik açıqlanmayıb. 

Şakiranın Doha konserti əvvəlcə aprelin 1-də keçirilməli idi, daha sonra regional vəziyyət səbəbilə noyabrın 18-nə təxirə salınmışdı. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью