Şakira Dohaya gedə bilmədi
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Dünya şöhrətli müğənni Şakiranın “Las Mujeres Ya No Lloran” dünya turu çərçivəsində noyabrın 18-də Qətərin paytaxtı Dohada, 974 Stadionunda keçirilməsi planlaşdırılan konserti ləğv edilib.
Axşam.az xəbər verir ki, konsertin biletlərinin satışını həyata keçirən şirkət tərəfindən alıcılara ləğv barədə bildirişlər göndərilməyə başlanılıb. Bilet ödənişlərinin hər hansı əlavə əməliyyat tələb olunmadan 21 gün ərzində avtomatik şəkildə geri qaytarılacağı bildirilib.
Konsertin hansı səbəbdən ləğv edildiyi isə hələlik açıqlanmayıb.
Şakiranın Doha konserti əvvəlcə aprelin 1-də keçirilməli idi, daha sonra regional vəziyyət səbəbilə noyabrın 18-nə təxirə salınmışdı.
Baxış sayı:82
Bu xəbər 29 Avqust 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















