Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır. Misirli hücumçu Mohamed Salah bu mövsümün sonunda İngiltərənin "Liverpul" futbol kl
"Ölkə.az" xəbər verir ki, bu barədə Salah Sky Sports telekanalına məlumat verib.
Salahın "Liverpul"la müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.
"Klubdakı son ilim olduğu üçün bu mövsüm İngiltərə çempionluğunu qazanmaq istəyirəm .Görək nə olacaq.
Bəlkə daha çox olacaq", Salah bildirib. Salahın 32 yaşı var. O, 2017-ci ilin yayından “Liverpul”da çıxış edir.
Bu mövsüm o, müxtəlif turnirlərdə 26 matçda 20 qol vurub və 17 məhsuldar ötürmə verib.
Hücumçu İngiltərə çempionatında qol vuranlar (17) və məhsuldar ötürmələr (13) siyahısına başçılıq edir.
Salah "Liverpul"da ümumilikdə 375 matçda iştirak edib, 231 qol vurub, 105 məhsuldar ötürmə edib.