Icma.az
close
up
RU
Salah Liverpulu tərk edə bilər

Salah Liverpulu tərk edə bilər

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Misirli hücumçu Mohamed Salah bu mövsümün sonunda İngiltərənin "Liverpul" futbol klubunu tərk edə bilər, çünki tərəflər son altı ayda müqavilənin uzadılmasında irəliləyiş əldə edə bilməyiblər.

"Ölkə.az" xəbər verir ki, bu barədə Salah Sky Sports telekanalına məlumat verib.

Salahın "Liverpul"la müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

"Klubdakı son ilim olduğu üçün bu mövsüm İngiltərə çempionluğunu qazanmaq istəyirəm .Görək nə olacaq. Bəlkə daha çox olacaq", Salah bildirib.

Salahın 32 yaşı var. O, 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. Bu mövsüm o, müxtəlif turnirlərdə 26 matçda 20 qol vurub və 17 məhsuldar ötürmə verib. Hücumçu İngiltərə çempionatında qol vuranlar (17) və məhsuldar ötürmələr (13) siyahısına başçılıq edir.

Salah "Liverpul"da ümumilikdə 375 matçda iştirak edib, 231 qol vurub, 105 məhsuldar ötürmə edib. Misirli komandanın bombardirlər siyahısında uelsli hücumçu Yan Raş (339) və ingilis hücumçu Rocer Hantdan (271) geri qalaraq üçüncüdür. Asistlər arasında Salah Şotlandiyalı hücumçu Kenni Dalqliş (186), ingilis yarımmüdafiəçi Stiven Cerrard (155) və Raşdan (110) geri qalaraq dördüncü yerdədir. Salah "Liverpul"la İngiltərə çempionu, Çempionlar Liqası, İngiltərə Kuboku və Super Kubokunun, UEFA Super Kubokunun, Klublararası Dünya Kubokunun qalibi olub, həmçinin iki dəfə Liqa Kubokunun qalibi olub.

Salah karyerası ərzində İngiltərənin “Çelsi”, İtaliyanın “Roma” və “Fiorentina”, Misirin “Əl-Mokavloun” və İsveçrənin “Bazel” klublarında da çıxış edib və onlarla ölkə çempionatında iki dəfə qızıl medal qazanıb. Futbolçu Misir millisinin heyətində 101 oyun keçirib, 57 qol vurub və 33 məhsuldar ötürmə edib. Salah millinin bombardiridir və keçirdiyi oyunların sayına görə dördüncü yerdədir. Hücumçu milli ilə birlikdə iki dəfə (2017, 2022) Afrika Millətlər Kubokunun finalına çıxıb və Rusiyada keçirilən 2018-ci il dünya çempionatında iştirak edib. Salah həmin turnirdə komandasının qolunu Rusiya (1:3) və Səudiyyə Ərəbistanı (1:2) ilə oyunlarda vurub.

Elvin

Ölkə.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Yanvar 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see497

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see294

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see266

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see261

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see237

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see235

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see230

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see223

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see216

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see214

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see210

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see206

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see199

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see197

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see193

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see189

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see183

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see182

Almaniya ilk “F 35A” qırıcısını ABŞ dən təhvil alıb

19 Sentyabr 2026 04:54see175

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri