Saleh Məmmədova yaxın olduğu deyilən “tender kralı” daha bir müsabiqənin qalibi oldu | Icm…
Icma.az bildirir, Tribuna saytına əsaslanaraq. “Tender kralı” kimi tanınan ATF şirkəti növbəti satınalma müsabiqəsinin qalibi seçilib.
Tribunainfo.az Qaynarinfio-ya istinadən xəbər verir ki, şirkətin qalib seçildiyi tenderi Ağdaş Rayon İcra Hakimiyyəti keçirib.
Tender Ağdaş şəhəri İqbal Rzayev, F.Səfərov, Ərəş, Mirzalı Əliyev, M.Ə.Rəsulzadə və Sönməz Məmmədov küçələrində aparılacaq əsaslı təmir işlərinin satına alınması ilə bağlıdır.
ATF şirkətinin qiymət təklifi 397 547,43 manat olub. Bu məbləğ şərtlər toplusuna uyğun hesab edilib.
ATF şirkəti barədə mediada kifayət qədər yazılıb. Şirkət 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir.
MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur. ATF Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur.
Şirkətin adı onların baş adlarının baş hərflərinin birləşməsidir.
Tam oxu
Xəbəri oxu