Saleh Məmmədova yaxın olduğu deyilən “tender kralı” daha bir müsabiqənin qalibi oldu
Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.
“Tender kralı” kimi tanınan ATF şirkəti növbəti satınalma müsabiqəsinin qalibi seçilib.
Tribunainfo.az Qaynarinfio-ya istinadən xəbər verir ki, şirkətin qalib seçildiyi tenderi Ağdaş Rayon İcra Hakimiyyəti keçirib.
Tender Ağdaş şəhəri İqbal Rzayev, F.Səfərov, Ərəş, Mirzalı Əliyev, M.Ə.Rəsulzadə və Sönməz Məmmədov küçələrində aparılacaq əsaslı təmir işlərinin satına alınması ilə bağlıdır.
ATF şirkətinin qiymət təklifi 397 547,43 manat olub. Bu məbləğ şərtlər toplusuna uyğun hesab edilib.
ATF şirkəti barədə mediada kifayət qədər yazılıb. Şirkət 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur.
ATF Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur. Şirkətin adı onların baş adlarının baş hərflərinin birləşməsidir.
Bəzi iddialara görə, şirkət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova bağlıdır. Bu iddia ATF-in əsasən yol təmirləri ilə bağlı keçirilən tenderlərin qalibi seçilməsi ilə əsaslandırılır. Bundan başqa, mediada gedən məlumatralara görə, bəzi hallarda AAYDA yol çəkilişlərində ATF-ə məxsus texnikadan yararlanır. Baxmayaraq ki, şirkətin maddi-texniki bazasının hansı səviyyədə olması bəlli deyil. Ehtimal olunur ki, əslində həmin texnikalar Saleh Məmmədova yaxın iş adamlarına, yaxud da şirkətlərə məxsusdur. Sadəcə layihələrdə ATF-in adına rəsmiləşdirilir.
Bəlli olan odur ki, bu şirkət demək olar ki, əksər rayonlarda yol təmirləri ilə məşğuldur. Hər halda dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdırma belə deməyə əsas verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 12 Aprel 2025 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















