Salyanda ailə faciəsi VİDEO

28.10.2026

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Salyanda bir ailənin üç üzvü bıçaqlanıb.

AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

Ailənin oğlu anasını, atasını və qardaşı arvadını bıçaqlamaqda şübhəli bilinir.

Rayon prokurorluğundan verilən məlumata görə, Sarvan kənd sakini, 55 yaşlı Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə məlumat daxil olub. İlkin araşdırmalarla 28 yaşlı Pərvin İsmayılovun ailə üzvləri - 60 yaşlı Ağababa İsmayılov, 37 yaşlı Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsi, nəticədə sonuncunun aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Xəstəxanadan verilən məlumata görə, bu gün saat 13:30 radələrində 2 nəfər   Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlər üzərində  cərrahi əməliyyat icra olunub. Bir nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, Pərvin İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью