Salyanda ailə faciəsi VİDEO
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb.
AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.
Ailənin oğlu anasını, atasını və qardaşı arvadını bıçaqlamaqda şübhəli bilinir.
Rayon prokurorluğundan verilən məlumata görə, Sarvan kənd sakini, 55 yaşlı Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə məlumat daxil olub. İlkin araşdırmalarla 28 yaşlı Pərvin İsmayılovun ailə üzvləri - 60 yaşlı Ağababa İsmayılov, 37 yaşlı Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsi, nəticədə sonuncunun aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Xəstəxanadan verilən məlumata görə, bu gün saat 13:30 radələrində 2 nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlər üzərində cərrahi əməliyyat icra olunub. Bir nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, Pərvin İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.
Baxış sayı:80
Bu xəbər 28 Oktyabr 2026 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















