“Şamaxı” bu gün Premyer Liqaya vəsiqə qazana bilər

18.06.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Bu gün Azərbaycan I Liqasında mövsümün sonuncu – XXVII turunun oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, lider “Şamaxı” azarkeşləri önündə “Araz Saatlı”nı qəbul edəcək. “Şirlər” bu görüşdə qələbə qazanacağı halda, çempionluğunu rəsmiləşdirəcək.

Azərbaycan çempionatlarının reqlamentinə əsasən, “Şamaxı” qızıl medalları qazanacağı halda, yeni mövsümdə Premyer Liqada iştirak edəcək.

Turnir cədvəlində ikinci olan “Qaradağ Lökbatan” isə səfərdə “Mingəçevir”lə üz-üzə gələcək. Bakı təmsilçisi isə qələbə qazanıb, “Şamaxı”nın xal itirməsini gözləyəcək.

“Şamaxı”nın 54, “Qaradağ Lökbatan”ın 53 xalı var. Bütün görüşlər eyni saatda – 16:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью