“Şamaxı” bu gün Premyer Liqaya vəsiqə qazana bilər
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Bu gün Azərbaycan I Liqasında mövsümün sonuncu – XXVII turunun oyunları keçiriləcək.
Futbolpress.az xəbər verir ki, lider “Şamaxı” azarkeşləri önündə “Araz Saatlı”nı qəbul edəcək. “Şirlər” bu görüşdə qələbə qazanacağı halda, çempionluğunu rəsmiləşdirəcək.
Azərbaycan çempionatlarının reqlamentinə əsasən, “Şamaxı” qızıl medalları qazanacağı halda, yeni mövsümdə Premyer Liqada iştirak edəcək.
Turnir cədvəlində ikinci olan “Qaradağ Lökbatan” isə səfərdə “Mingəçevir”lə üz-üzə gələcək. Bakı təmsilçisi isə qələbə qazanıb, “Şamaxı”nın xal itirməsini gözləyəcək.
“Şamaxı”nın 54, “Qaradağ Lökbatan”ın 53 xalı var. Bütün görüşlər eyni saatda – 16:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:“Premyer Liqaya yüksəlmək istəyirik” “Şamaxı”nın futbolçusu
09 May 2026 19:40
Şəfa Premyer Liqaya vəsiqə qazanıb
15 May 2026 19:27
“Mingəçevir” Premyer Liqaya vəsiqə qazana bilər: “Qəbələ”nin rəqibi müəyyənləşdi
22 May 2026 22:23
Premyer Liqaya vəsiqə? Qarşımıza elə məqsəd qoyulmayıb
04 Sentyabr 2025 18:40
Premyer Liqaya qayıda bilər
10 Yanvar 2025 22:39
Baxış sayı:173
Bu xəbər 18 İyun 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















