Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. “Üzeyir Hacıbəyovun məşhur “O olmasın, bu olsun” əsəri əsasında çəkilən filmdə Məşədi İbad
Filmdən sonra sitat cəmiyyətdə yayılıb və bu gün də istifadə edilir.
Lakin bu ifadənin kimlər tərəfindən və niyə yaranması barədə heç kim sual verməyib, niyə məhz Şamaxı və niyə məhz “Lotu” sözünün eyni vaxta işlədilməsinə maraq göstərməyib.
Axı Azərbaycanın uzun illər paytaxtı, mədəniyyət və incəsənət sahəsində qədim bir tarixi olan şəhərə bu cür ifadə yersiz və təhqirdir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev deyib.
O, məlum sözün yaranmasının əsl səbəbini açıqlayıb: “Lut qövümü barədə dini kitablarda kifayət qədər məlumat var.
Quranın da elçilərindən biri olan Lut peyğəmbər İbrahim peyğəmbərdən ayrılıb, Sodom qövmünün ərazisində məskunlaşmışdı.
Rəvayətlərdən görünür ki, oranın camaatı əxlaqsız bir həyat yaşayırdılar və Lut peyğəmbər onları düzgün yola gətirə bilmədiyi üçün Allah oranı lənətləyib və şəhəri yerlə yeksan edib.