Icma.az
close
up
RU
Şamaxı lotusu sözü belə yaranıbmış Ermənilər bunu ona görə uydurub ki...

Şamaxı lotusu sözü belə yaranıbmış Ermənilər bunu ona görə uydurub ki...

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Üzeyir Hacıbəyovun məşhur “O olmasın, bu olsun” əsəri əsasında çəkilən filmdə Məşədi İbad papağı başına qoymaqla bağlı tərəddüdü zamanı belə bir ifadə işlədir: “Papağı belə qoysam, Şamaxı lotusuna oxşayacam”. Filmdən sonra sitat cəmiyyətdə yayılıb və bu gün də istifadə edilir. Lakin bu ifadənin kimlər tərəfindən və niyə yaranması barədə heç kim sual verməyib, niyə məhz Şamaxı və niyə məhz “Lotu” sözünün eyni vaxta işlədilməsinə maraq göstərməyib. Axı Azərbaycanın uzun illər paytaxtı, mədəniyyət və incəsənət sahəsində qədim bir tarixi olan şəhərə bu cür ifadə yersiz və təhqirdir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev deyib.

O, məlum sözün yaranmasının əsl səbəbini açıqlayıb:

“Lut qövümü barədə dini kitablarda kifayət qədər məlumat var. Quranın da elçilərindən biri olan Lut peyğəmbər İbrahim peyğəmbərdən ayrılıb, Sodom qövmünün ərazisində məskunlaşmışdı. Rəvayətlərdən görünür ki, oranın camaatı əxlaqsız bir həyat yaşayırdılar və Lut peyğəmbər onları düzgün yola gətirə bilmədiyi üçün Allah oranı lənətləyib və şəhəri yerlə yeksan edib. Alman arxeoloq Verner Keller burda araşdırma aparandan sonra yazır: “Bu bölgədə özünü göstərmiş olan çox böyük bir çökmədə partlayışlar, ildırımlar, yanğınlar və təbii qazlarla birlikdə qorxunc bir zəlzələ baş verib və Siddim Vadisi ilə birlikdə Lut qövmünün şəhərləri də yerin dərinliklərinə qərq olub”. Ondan sonra hansı şəhərdə əxlaqsızlıq baş verirsə, oranı Lut qövümü adlandırdılar. Zamanla türk dillərində bu söz “lut”, “lot”, “lotu” sözünə çevrilir. Sözün etimologiyasında ərəbcə “la:ta” feili – bir nəsnəyə “yapışmaq”, yaxud “ehtirasla yapışıb qalmaq” mənaları dayanır”.

Alim bu sözün hansı səbəbdən Şamaxıya aid edildiyinə aydınlıq gətirib:

“Məlumdur ki, son 300 ildə Azərbaycan torpaqlarına köçürülən ermənilər Şamaxıda istədiyi “azadlıqları” əldə edə bilmirdilər. Şamaxı camaatı ermənilərə əl-qol açmağa imkan vermirdilər. Buna görə də tarixən ermənilər Şamaxıdan qisas almaq arzusu ilə yaşayıblar və nəticədə 1918-ci ilin mart ayında şəhərdə görünməz vəhşliklər həyata keçirirlər. Bu hadisə sonra olacaq idi, amma o dövrə qədər ermənilər həmin şəhərdə heç bir zaman söz sahibi ola bilməyiblər. Məhz sözün yaranması da bu tarixə aiddir. Bildiyimiz kimi, Şamaxı və onun ətraf rayonları tarix boyu Azərbaycanın ən çox və fəal zəlzələlər baş verən mərkəzi olub. Çox-çox qədimlərdən bəri qüvvətli zəlzələrin nəticəsində burada tez-tez böyük dağıntılar baş verib ki, bu da həmin ifadənin meydana gəlməsinə səbəb olub. 1902-ci il fevralın 13-də dağıdıcı zəlzələnin qurbanı olan şəhərə çox böyük ziyan dəymişdi. O zamanlar 27 minə qədər əhalisi olan Şamaxı yerlə yeksan olmuş, şəhər ətrafındakı 30 kənddə də dağıntılar baş vermişdi. Bu hadisədən sonra oradan köçən ermənilər “Şamaxı Lot qövümü kimi cəzasını aldı ermənilərə etdiklərinə görə” deyiblər.

Bu ifadə təəssüf ki, ilk dəfə içimizdəki xainlərə görə Azərbaycan SSR-in ilk xalq yazıçısı adını almış erməni yazıçısı Aleksandr Şirvanzadə tərəfindən işlədilib və zamanla “Şamaxı Lut” “Şamaxı lotusu” sözünə çevrilib”.

Zaur Əliyev deyib ki, bu söz təhqir formasında xalqımıza, şamaxılılara qarşı ermənilər tərəfindən dilimizə gətirilib və nəticədə bu gün bilən də, bilməyən də o sözdən geniş istifadə edir.

Zaira Akifqızı
Globalinfo.az  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri