Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır. Bu gün gecə saatlarında Astarada zəlzələ olub.
Bir neçə gün əvvəl isə Şamaxıda baş verən zəlzələdən əvvəl bir məqam diqqət çəkib.
Belə ki, evə quraşdırılmış təhlükəsizlik kamerasında əks olunan görüntülərdə zəlzələdən bir neçə saniyə əvvəl qarğaların qarıldaması müzakirələrə səbəb olub.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tədqiqatçı Ənvər Əliyev bildirib ki, heyvanların zəlzələni öncədən hiss etməsi ilə bağlı faktlar mövcuddur:"Xüsusilə dörd ayaqlı heyvanlar, itlər və atlar bu baxımdan daha həssas hesab olunur.
Müşahidələrə görə, itlər tez-tez qulaqlarını və ya çənələrini yerə qoyaraq uzanır, atlar isə ayaqları vasitəsilə yeraltı dalğaları hiss edə bilirlər.
Keçmişdə zəlzələ zamanı tövlələrdə atların narahat hərəkətlər etməsi, ayaqlarını yerə vurması ilə bağlı çoxsaylı müşahidələr olub".O, bildirib ki, bu hal elmi araşdırmalardan xeyli əvvəl də məlum idi və bu gün də müşahidə olunur:"Heyvanların zəlzələni bir neçə dəqiqə, bəzən isə daha qısa zaman öncə hiss edə bildiyi bildirilir.
Onlar insanın hiss edə bilmədiyi çox zəif titrəyişləri və dalğaları ayırd edə bilirlər.
Qarğaların da bu hadisəni hiss etməsi ilə bağlı məlumatlar var".Ekspert bildirib ki, bu baxımdan yanaşdıqda, zəlzələ zamanı yaranan zərbə dalğaları insanlara gec çatsa da, səs dalğaları daha tez yayıla bilər:"Yer qatlarının toqquşması zamanı müəyyən səs və vibrasiya yaranması mümkündür.
İnsanlar bu dalğaları hiss etməsə də, yüksək həssaslığa malik qarğalar kimi quşların bu siqnalları qavraması ehtimal olunur.