Icma.az
close
up
RU
Şamaxıda zəlzələdən saniyələr öncə yaşanan mistik anlar Onlar əvvəldən biliblər ( VİDEO )

Şamaxıda zəlzələdən saniyələr öncə yaşanan mistik anlar Onlar əvvəldən biliblər ( VİDEO )

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bu gün gecə saatlarında Astarada zəlzələ olub. Bir neçə gün əvvəl isə Şamaxıda baş verən zəlzələdən əvvəl bir məqam diqqət çəkib. Belə ki, evə quraşdırılmış təhlükəsizlik kamerasında əks olunan görüntülərdə zəlzələdən bir neçə saniyə əvvəl qarğaların qarıldaması müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tədqiqatçı Ənvər Əliyev bildirib ki, heyvanların zəlzələni öncədən hiss etməsi ilə bağlı faktlar mövcuddur:
"Xüsusilə dörd ayaqlı heyvanlar, itlər və atlar bu baxımdan daha həssas hesab olunur. Müşahidələrə görə, itlər tez-tez qulaqlarını və ya çənələrini yerə qoyaraq uzanır, atlar isə ayaqları vasitəsilə yeraltı dalğaları hiss edə bilirlər. Keçmişdə zəlzələ zamanı tövlələrdə atların narahat hərəkətlər etməsi, ayaqlarını yerə vurması ilə bağlı çoxsaylı müşahidələr olub".
O, bildirib ki, bu hal elmi araşdırmalardan xeyli əvvəl də məlum idi və bu gün də müşahidə olunur:
"Heyvanların zəlzələni bir neçə dəqiqə, bəzən isə daha qısa zaman öncə hiss edə bildiyi bildirilir. Onlar insanın hiss edə bilmədiyi çox zəif titrəyişləri və dalğaları ayırd edə bilirlər. Qarğaların da bu hadisəni hiss etməsi ilə bağlı məlumatlar var".
Ekspert bildirib ki, bu baxımdan yanaşdıqda, zəlzələ zamanı yaranan zərbə dalğaları insanlara gec çatsa da, səs dalğaları daha tez yayıla bilər:
"Yer qatlarının toqquşması zamanı müəyyən səs və vibrasiya yaranması mümkündür. İnsanlar bu dalğaları hiss etməsə də, yüksək həssaslığa malik qarğalar kimi quşların bu siqnalları qavraması ehtimal olunur. Bu səbəbdən, heyvanların zəlzələni öncədən hiss etməsi fikrinə normal yanaşmaq olar. Mövzu elmi baxımdan daha dərindən araşdırılarsa, gələcəkdə bu sahə ilə bağlı daha dəqiq və maraqlı faktların ortaya çıxması mümkündür".

Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Yanvar 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri