Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 31 yanvar, AZƏRTAC“Şamaxı”nın fransalı futbolçusu Brahim Konate AZƏRTAC-ın suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik: - Misli Premyer Liqasının ikinci dövrəsində iki oyun keçirmisiniz.
Həmin matçlar barədə nə deyə bilərsiniz?- Səfərdə “Qarabağ”a, doğma meydanda “Zirə”yə qarşı keçirdiyim oyunlarda yaxşı mübarizə apardıq.
Təəssüf ki, xal qazana bilmədik. Həmin matçlarda xırda detallar hər şeyi həll etdi.
Amma düşünürəm ki, komandamız yaxşı oyun nümayiş etdirir. Mövsümün ikinci yarısı üçün müsbət siqnallar var.- Bəzi qarşılaşmalarda komanda ço
Sizcə, problem nədədir?- Dediyim kimi, xırda detallar hər şeyi həll edir. Əlbəttə ki, səhvlərimiz də olur.
Məncə, əsas səbəb etdiyimiz səhvlərdir.- Komandanız turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Hazırda autsayderi üç xal qabaqlayırsınız.