Icma.az
close
up
RU
“Şamaxı”nın fransalı futbolçusu: İnanıram ki, cəsarət və qətiyyətlə hədəfimizə çatacağıq MÜSAHİBƏ

“Şamaxı”nın fransalı futbolçusu: İnanıram ki, cəsarət və qətiyyətlə hədəfimizə çatacağıq MÜSAHİBƏ

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 31 yanvar, AZƏRTAC

“Şamaxı”nın fransalı futbolçusu Brahim Konate AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Misli Premyer Liqasının ikinci dövrəsində iki oyun keçirmisiniz. Həmin matçlar barədə nə deyə bilərsiniz?

- Səfərdə “Qarabağ”a, doğma meydanda “Zirə”yə qarşı keçirdiyim oyunlarda yaxşı mübarizə apardıq. Təəssüf ki, xal qazana bilmədik. Həmin matçlarda xırda detallar hər şeyi həll etdi. Amma düşünürəm ki, komandamız yaxşı oyun nümayiş etdirir. Mövsümün ikinci yarısı üçün müsbət siqnallar var.

- Bəzi qarşılaşmalarda komanda çox yaxşı oyun nümayiş etdirsə də, yekunda üç xal qazana bilmir. Sizcə, problem nədədir?

- Dediyim kimi, xırda detallar hər şeyi həll edir. Əlbəttə ki, səhvlərimiz də olur. Məncə, əsas səbəb etdiyimiz səhvlərdir.

- Komandanız turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Hazırda autsayderi üç xal qabaqlayırsınız. Bu, sizi narahat etmir?

- Liqada qalmaq üçün mübarizə aparmağın çətin olacağını bilirdik. Təhlükəli yerdən uzaqlaşmaq öz əlimizdədir. Tez bir zamanda xallar qazanmalıyıq.

- Komanda olaraq, mövsümün əvvəlində qarşıya qoyduğunuz məqsədə uyğun hərəkət edirsiniz, yoxsa hədəfləriniz dəyişib?

- Məqsədimiz dəyişməyib. Liqada qalmaq üçün çalışırıq. Komandama inanıram və ümid edirəm ki, cəsarət və qətiyyətlə hədəfimizə çatacağıq.

- “Şamaxı” XXI tur çərçivəsində bu gün səfərdə “Neftçi” ilə qarşılaşacaq. Cari mövsüm bu komanda ilə hər iki matçınız heç-heçə ilə başa çatıb. Bu seriyanın davam edəcəyini düşünürsünüz?

- Hər bir rəqibə hörmətlə yanaşırıq. Yavaş-yavaş inkişaf edirik. Bir çox oyunda xal qazanmaq şansımız olur. “Neftçi”yə qarşı da bizi gəgin və maraqlı oyun gözləyir. İnanıram ki, azarkeşlərimizi sevindirəcəyik.

- Öz çıxışınız barədə nə deyə bilərsiniz?

- Ən önəmlisi, hər oyunda komandamın qələbə qazanmasıdır. Əlbəttə, yaxşı çıxış etməklə kollektivə kömək olmaq vacibdir. Artıq “Şamaxı”da dəyişilik var. Yeni gələn futbolçular da bura uyğunlaşıblar.

- Fransanın U-20 millisində 6 oyun keçirmisiniz. Vaxtilə Kristofer Nkunku, Markus Türam, Mussa Dembele, Seru Qirassi, Allan Sent-Maksimin və Teo Ernandes kimi tanınmış futbolçularla eyni komandada çıxış etmisiniz. O illəri necə xatırlayırsınız?

- Çox yaxşı təcrübə idi. Fransanın U-20 komandasında çıxış etdiyim üçün xoşbəxtəm. Keçmiş komanda yoldaşlarımın böyük klublarda oynadıqlarını görmək sevindiricidir.

- Həmin heyətdən hazırda dostluq etdiyiniz futbolçu varmı?

- Bəli, hazırda Almaniyanın “Borussiya Dortmund” komandasında çıxış edən Seru Qirassi çox yaxın dostumdur. Onunla tez-tez telefonla danışırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri