Samir Abasov: Azarkeşimizə nə etiraz edə bilərəm ki? | Icma.az
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misli Premyer Liqasının XIII turunun "Neftçi" – "Şamaxı" oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.
Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb… – Oyun haqda nəsə demək çətindir.
Oyun keçdikcə komandadakı problemlər daha yaxşı sezilməyə başlayır. Hara gəldiyimizi bilirik.
İndiki vəziyyətdə tək çıxış yolumuz dayanmadan işləməkdir. Bu situasiyaları keçmək lazımdır.
Pozitiv nəsə axtarıb, onun üstündə durmaq, yaxşılaşdırmaq lazımdır. Gənc oyunçumuz Murad Məmmədovu təbrik edirəm, yaxşı oynadı.
Bu gün "Neftçi" olaraq oyunların ritminə tab gətirə bilmirik. Əsas görünən problem budur və üzərində işləyəcəyik.
Xüsusilə, ikinci hissələrdə hücum etməkdə çətinlik çəkirik. Çalışacağıq ki, ən yaxşısını edə bilək.
Tam oxu
Xəbəri oxu