Icma.az
close
up
RU
Samir Abasov: Azarkeşimizə nə etiraz edə bilərəm ki?

Samir Abasov: Azarkeşimizə nə etiraz edə bilərəm ki?

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XIII turunun "Neftçi" – "Şamaxı" oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyun haqda nəsə demək çətindir. Oyun keçdikcə komandadakı problemlər daha yaxşı sezilməyə başlayır. Hara gəldiyimizi bilirik. İndiki vəziyyətdə tək çıxış yolumuz dayanmadan işləməkdir. Bu situasiyaları keçmək lazımdır. Pozitiv nəsə axtarıb, onun üstündə durmaq, yaxşılaşdırmaq lazımdır. Gənc oyunçumuz Murad Məmmədovu təbrik edirəm, yaxşı oynadı. Bu gün "Neftçi" olaraq oyunların ritminə tab gətirə bilmirik. Əsas görünən problem budur və üzərində işləyəcəyik. Xüsusilə, ikinci hissələrdə hücum etməkdə çətinlik çəkirik. Çalışacağıq ki, ən yaxşısını edə bilək. Oyundan əvvəl uşaqlara dedim ki, oyununuzdan həzz alın, ritminizi qoruyun. Çalışacağıq ki, nəsə edək, yaxşı vəziyyətə gələk.

– 2:0-dan sonra Dembo Darbo yaxşı fürsət yaxalasa da, ötürmə etdi. Daha sonra epizod boşa verildi, Darbo güldü. Həmin epizodla bağlı düşüncəniz nədir?

– Oyunu təhlil edib, nəsə demək olar. Onun gülümsəməsində neqativ axtarmaq lazım deyil. Onsuz hesab da 2:0 idi, bir az rahatlıq var idi. Əziyyət çəkdiyimiz məqam futbolçuların son epizodlarda verdikləri qərardır. Bəlkə, 3:0 olsaydı, daha fərqli olardı.

– Qələbələr olmayanda əsas günahkar baş məşqçi göstərilir. Görünən odur ki, komandanın fiziki durumu yaxşı deyil. Bununla bağlı planınız nədir?

– Rotasiyalar edə-edə ümumi bir balans yaratmalıyıq. Bilməliyik ki, burda vəziyyət yaxşı olsaydı, məşqçi dəyişilməzdi. Nələrsə yaxşı deyil ki, bu cür addımlar atılıb. Məni bura nələrdənsə şikayət etmək üçün gətirməyiblər. Şikayətim də azarkeşlər üçün marağı deyil. İşim vəziyyəti düzəltməkdir. Bura gəlmişəmsə, problemləri həll etməliyəm. İnsanlar bu situasiyadan çıxmağımızı istəyirlər. Vəziyyətin nə üçün bu yerə gəldiyini demək mənimçün düzgün deyil, etik qaydalar çərçivəsində deyil.

– Yeqor Boqomolskidə azarkeşlərin görmədiyi nəyi görmüsünüz ki, şans verirsiniz?

– Məsələ ümidləri doğruldub-doğrultmamaq deyil. Yeqorun yaratdığı təhlükəli epizodlar, müdafiəçilərin arxasına qaçmaları yorulmur Darbodan daha yaxşı idi. Bəzi qərarlarında düzgün olsaydı, qol da vura bilərdi. Lakin kimsə meydanda tapşırığı yerinə yetirmirsə, kimisə onunla əvəzetməlisiniz.

– Azarkeşlərin də artıq ümidlərinin tükəndiyini düşünürsünüz?

– Bizim situasiyamız elədir ki, bir baş məşqçi kimi nə danışa bilərəm? Hansısa azarkeşimizə nə etiraz edə bilərik? Hansısa futbolçumuz onlara nəsə deyə bilər? Fanatlar özlərinə görə haqlıdırlar. Loru çıxsa da, nə edirlərsə, düz edirlər.

– "Neftçi"də sizin üçün sürpriz çatışmazlıq nə oldu? Yəni, kənardan görmürdünüz, ancaq gələndə gördünüz…

– Durum var, amma… vəziyyətdən çıxmaq bizim üzərimizdədir. Kənarda olanda komanda haqda çox məlumatın olmur. Heyət əvvəlki məşqçinin üslubuna görə yığılıb. Lakin indi danışdıqlarım kiməsə maraqlı deyil.

– Murad Məmmədov gələcəkdə parıldaya bilər?

– Muradda həddindən artıq futbol sırtıqlığı var. Oynamaq istəyir, aqressivdir. Belələri digərlərinə nisbətən daha tez inkişaf edir. Bu, onunçün təkan olacaq. Heç nədən çəkinmir, birinci hissədə də yaxşı oynamağa çalışdı, epizodlar yaratdı. Lakin müdafiədə axsamaları var. Oynaya-oynaya artırmalıdır. İnanıram ki, heç olmasa indiki situasiyada onun kimi futbolçular qazana bilərik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://sport24.az
archiveBu xəbər 08 Noyabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri