Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır. "Çempionat başlayanda bilinirdi ki, bu mövsümün də çempionu “Qarabağ”dır.
Bu komanda ölkə çempionatında bütün komandalardan güclüdür. Komandamız Avropa Liqasında da pis çıxış etmir.
Daha yaxşı çıxış etmək üçün transferlərə ehtiyac var. İnanırıq ki, gələn il avrokuboklarda “Qarabağ”ın uğurlarını görəcəyik".
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın sabiq hücumçusu Samir Musayev deyib.
Ağdam təmsilçisinin veteran hücumçusu Avropa Liqasının növbəti iki görüşündə FCSB və “Olimpiakos”la qarşılaşacaq “Qarabağ”ın qələbə qazanmaq şanslarının yüksək olduğunu bildirib: "Əlbəttə ki, “Qarabağ” bu görüşlərdə qələbə qazanacaq.
Biz buna çox inanırıq. Çünki “Qarabağ” rəqiblərindən üstün futbol sərgiləyir. Daxili çempionatda da komandamız öz yolu ilə gedir.
Məncə, Premyer Liqada “Qarabağ”la çempionluq mübarizəsi aparacaq komanda yoxdur. Bunu bütün komandalar bilir.
Üstəlik, nəzərə alaq ki, “Qarabağ” həm çempionatda, həm də avrokuboklarda oyunlara çıxır.