Samir Musayev: Qarabağ” bu görüşlərdə qələbə qazanacaq İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
"Çempionat başlayanda bilinirdi ki, bu mövsümün də çempionu “Qarabağ”dır. Bu komanda ölkə çempionatında bütün komandalardan güclüdür. Komandamız Avropa Liqasında da pis çıxış etmir. Daha yaxşı çıxış etmək üçün transferlərə ehtiyac var. İnanırıq ki, gələn il avrokuboklarda “Qarabağ”ın uğurlarını görəcəyik".
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın sabiq hücumçusu Samir Musayev deyib.
Ağdam təmsilçisinin veteran hücumçusu Avropa Liqasının növbəti iki görüşündə FCSB və “Olimpiakos”la qarşılaşacaq “Qarabağ”ın qələbə qazanmaq şanslarının yüksək olduğunu bildirib: "Əlbəttə ki, “Qarabağ” bu görüşlərdə qələbə qazanacaq. Biz buna çox inanırıq. Çünki “Qarabağ” rəqiblərindən üstün futbol sərgiləyir. Daxili çempionatda da komandamız öz yolu ilə gedir. Məncə, Premyer Liqada “Qarabağ”la çempionluq mübarizəsi aparacaq komanda yoxdur. Bunu bütün komandalar bilir. Üstəlik, nəzərə alaq ki, “Qarabağ” həm çempionatda, həm də avrokuboklarda oyunlara çıxır. Ancaq yenə də onunla mübarizə aparacaq komanda yoxdur".
Musayevin fikrincə, yeni sezon legioner limiti ləğv edilərsə, yerli oyunçular üçün sıxıntı olacaq: “Limitin ləğv edilməsinə görə sıxıntı olacaq. Yerli futbolçular bir az daha çalışmalı olacaqlar. Çünki rəqabət artacaq. Amma əgər komandalar mənasız legioner gətirib, oynadacaqsa, o zaman yerli futbolçular demək olar ki, məhv olacaq. Yerli futbolçuları itirməmək üçün Birinci Liqanın da səviyyəsi qalxmalıdır".
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 29 Dekabr 2024 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















