Samir Şərifov niyə işdən çıxarıldı? Yeni nazirdən GÖZLƏNTİLƏR | Icma.az
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son illərdə qlobal iqtisadi böhranlar, neft qiymətlərinin dəyişkənliyi Azərbaycanın maliyyə siyasətinə yeni yanaşmalar tələb edir.
Bu şəraitdə yeni maliyyə nazirinin təyin olunması ilə ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etmək, büdcə siyasətində çeviklik yaratmaq və xarici təsirlərə qarşı dayanıqlı bir sistem qurmaq hədəflənir.
Yeni maliyyə nazirinin qarşısında duran ən böyük vəzifələrdən biri dövlətin maliyyə resurslarını effektiv idarə etmək, qeyri-neft sektorunun inkişafını dəstəkləmək və makroiqtisadi sabitliyi qorumaq olacaq.
Modern.az sonuncu maliyyə nazirinin təyinat dövrünə qısa nəzər salıb.
2006-cı illərin ortaları Azərbaycanda neft gəlirlərinin kəskin artımı ilə tarixə düşmüşdü.
BTC (Bakı-Tbilisi-Ceyhan) neft kəmərinin fəaliyyətə başlaması, "Azəri-Çıraq-Günəşli" (ACG) yataqlarının neft hasilatının artması və qlobal neft bazarlarında qiymətlərin yüksəlməsi Azərbaycanın neft gəlirlərini kəskin artırdı.
2000-ci illərin ortalarında neftin qiyməti 60-70 dollara yüksəlmişdi (bu, o dövr üçün yüksək qiymətlər idi).
Tam oxu
Xəbəri oxu