Icma.az
close
up
RU
Samir Şərifov niyə işdən çıxarıldı? Yeni nazirdən GÖZLƏNTİLƏR

Samir Şərifov niyə işdən çıxarıldı? Yeni nazirdən GÖZLƏNTİLƏR

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illərdə qlobal iqtisadi böhranlar, neft qiymətlərinin dəyişkənliyi Azərbaycanın maliyyə siyasətinə yeni yanaşmalar tələb edir. Bu şəraitdə yeni maliyyə nazirinin təyin olunması ilə ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etmək, büdcə siyasətində çeviklik yaratmaq və xarici təsirlərə qarşı dayanıqlı bir sistem qurmaq hədəflənir. Yeni maliyyə nazirinin qarşısında duran ən böyük vəzifələrdən biri dövlətin maliyyə resurslarını effektiv idarə etmək, qeyri-neft sektorunun inkişafını dəstəkləmək və makroiqtisadi sabitliyi qorumaq olacaq.

Modern.az sonuncu maliyyə nazirinin təyinat dövrünə qısa nəzər salıb.

2006-cı illərin ortaları Azərbaycanda neft gəlirlərinin kəskin artımı ilə tarixə düşmüşdü. BTC (Bakı-Tbilisi-Ceyhan) neft kəmərinin fəaliyyətə başlaması, "Azəri-Çıraq-Günəşli" (ACG) yataqlarının neft hasilatının artması və qlobal neft bazarlarında qiymətlərin yüksəlməsi Azərbaycanın neft gəlirlərini kəskin artırdı. 2000-ci illərin ortalarında neftin qiyməti 60-70 dollara yüksəlmişdi (bu, o dövr üçün yüksək qiymətlər idi). Dövlət büdcəsi əsasən neft sektoru ilə bağlı gəlirlərdən asılı idi, bu da büdcənin daha da artmasına imkan verirdi.

Belə bir şəraitdə 2006-cı ildə Azərbaycan Respublikasının maliyyə naziri təyin olundu. Onun təyinatı heç də təsadüfi sayıla bilməzdi. Şərifov həmin dövrdə Azərbaycan Dövlət Neft Fondunun rəhbəri vəzifəsini icra etmişdi və ölkənin neft gəlirlərinin idarə olunması sahəsində təcrübə qazanmışdı.

O vaxtlar mütəxəssislər Şərifovun təyinatını birbaşa neft gəlirləri amili ilə əlaqələndirirdilər. Bildirilirdi ki, Dövlət Neft Fondunun yaradılması və formalaşmasında rolu olan şəxs artan neft gəlirləri şəraitində dövlətin maliyyə siyasətinə töhfələr verəcək.

Yüksək neft gəlirləri hökumətin sosial sahələrə, infrastruktur layihələrinə və ümumilikdə iqtisadi inkişaf istiqamətlərinə daha çox investisiya ayırmasına imkan yaradırdı. Neft gəlirlərinin böyük bir hissəsi ölkədəki infrastruktur, səhiyyə, təhsil, sosial müdafiə və digər əhəmiyyətli sahələrə yönəldilir, qeyri-neft sektorunun inkişafı üçün vəsaitlər ayrılırdı.

19 ildən sonra Azərbaycan hökuməti bu siyasəti davam etdirir. Amma ölkə indi yeni iqtisadi şərait və yeni çağırışlar qarşısındadır. Qlobal iqtisadi böhranlar, xammal və maliyyə bazarlarında baş verən dəyişikliklər yeni yanaşmalar ortaya qoyur. Qeyd edək ki, yanvarın 10-da Prezident İlham Əliyevin sərəncamı ilə Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilib və Baş nazirin müavini təyin edilib. Onun yerinə hələlik təyinat olmayıb.

Dünya bazarında neftin qiymətinin azalması dövlət büdcəsinin əsas gəlir mənbəyinin neft və qaz sektoruna bağlı olduğu bir ölkə üçün böyük bir çağırışdır. Azərbaycan yeni maliyyə nazirinin qarşısında duran əsas çağırışlardan biri büdcə siyasətinin dəyişən iqtisadi şəraitə uyğunlaşdırılmasıdır. Yeni maliyyə naziri büdcə siyasətini daha çevik, balanslı və uzunmüddətli inkişafı dəstəkləyəcək şəkildə qurmalıdır.

Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın ayrılmaz bir hissəsi olaraq xarici mühitdən təsirlənə bilər. Bu səbəbdən, uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici şoklara qarşı dayanıqlılığını gücləndirmək, makroiqtisadi sabitliyi daha da möhkəmləndirmək zəruridir.

Xarici təsirlərə qarşı dayanıqlılığın təmin edilməsi üçün iki əsas sütun mövcuddur: birincisi, dövlətin valyuta ehtiyatlarının artırılması və möhkəmləndirilməsi, ikincisi isə intizamlı borclanma siyasətinin həyata keçirilməsidir.

Valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transfertlərin payı tədricən azaldılmalıdır.

Daxili borcun idarə edilməsi maliyyə bazarlarının inkişafını dəstəkləməli, xarici dövlət borcunun dayanıqlı səviyyəsini qorumağa imkan verməli və dövlət şirkətlərinin borclanma proseslərinə ciddi nəzarət olunmalıdır.

Yeni maliyyə naziri üçün Azərbaycan iqtisadiyyatının inkişafını təmin edəcək yeni büdcə siyasətinin formalaşdırılması çox önəmlidir. Neft gəlirlərinin azalması və iqtisadi böhran şəraitində büdcə siyasətinin tarazlaşdırılması və qeyri-neft sektorlarının inkişafı mühüm prioritetlərdir.

Dövlətin borc yükünün idarə edilməsi, sosial sahələrə ayrılan vəsaitin artırılması, xərclərin optimallaşdırılması və iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın maliyyə siyasətinin əsas strateji istiqamətləri olmalıdır.

Dövlət büdcəsinin gəlirləri və xərcləri arasındakı tarazlığın qorunması üçün xərclərin daha səmərəli şəkildə idarə olunması lazımdır. Əlavə xərc və israfın qarşısını almaq mövcud resursları daha məhsuldar sahələrə yönəltmək üçün büdcə xərclərinin optimallaşdırılması vacibdir.

Büdcə siyasətinin məqsədi yalnız cari dövrün tələblərini ödəmək deyil, həm də uzunmüddətli iqtisadi inkişafı dəstəkləmək olmalıdır. Bu baxımdan, büdcə prioritetləri təyin olunarkən qeyri-neft sektorunun inkişafı, infrastruktur layihələri, sosial xidmətlər və iş yerlərinin yaradılması kimi strateji sahələrə diqqət ayrılmalıdır.

Azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması dövlət büdcəsinin əhəmiyyətli bir hissəsininin bu sahəyə ayrılmasını tələb edir. Büdcə bu məqsəd üçün əsas resurs mənbəyi olmaqla yanaşı həm də Azərbaycanın ümumi iqtisadi inkişafına, sosial rifaha töhfə verəcək.

Bu yanaşmalar Azərbaycanın yeni maliyyə nazirnini qarşısında duran əsas vəzifələr olacaq.

Modern Təhlil və Araşdırma Qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Yanvar 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri