Samsung dan istifadəçilərə təhlükəsizlik dəstəyi

05.06.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Samsung şirkəti smartfonları üçün yeni təhlükəsizlik yeniləməsini təqdim edib. Yeniləmə 45 təhlükəsizlik boşluğunun aradan qaldırılmasını nəzərdə tutur.

Redaktor.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, aşkar edilən boşluqlardan 33-ü beynəlxalq təhlükəsizlik bazasında qeydiyyata alınıb, 12-si isə Samsung mütəxəssisləri tərəfindən müəyyən edilib. Onlardan beşi kritik təhlükə kimi qiymətləndirilib.

Zəifliklərin əksəriyyəti "Android 14", "Android 15" və "Android 16" əməliyyat sistemləri ilə işləyən "Galaxy" cihazlarına təsir edir.

Şirkət bildirib ki, təhlükəsizlik yeniləməsi yaxın vaxtlarda bütün uyğun "Samsung" smartfonları üçün əlçatan olacaq. Yeniləmə artıq "Galaxy S26" seriyasının bəzi istifadəçilərinə təqdim edilib.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью