Samsung dan istifadəçilərə təhlükəsizlik dəstəyi
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Samsung şirkəti smartfonları üçün yeni təhlükəsizlik yeniləməsini təqdim edib. Yeniləmə 45 təhlükəsizlik boşluğunun aradan qaldırılmasını nəzərdə tutur.
Redaktor.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, aşkar edilən boşluqlardan 33-ü beynəlxalq təhlükəsizlik bazasında qeydiyyata alınıb, 12-si isə Samsung mütəxəssisləri tərəfindən müəyyən edilib. Onlardan beşi kritik təhlükə kimi qiymətləndirilib.
Zəifliklərin əksəriyyəti "Android 14", "Android 15" və "Android 16" əməliyyat sistemləri ilə işləyən "Galaxy" cihazlarına təsir edir.
Şirkət bildirib ki, təhlükəsizlik yeniləməsi yaxın vaxtlarda bütün uyğun "Samsung" smartfonları üçün əlçatan olacaq. Yeniləmə artıq "Galaxy S26" seriyasının bəzi istifadəçilərinə təqdim edilib.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 05 İyun 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















