Samsung Gemini süni intellekt köməkçisi ilə təchiz edilmiş ağıllı eynəklərini təqdim edib

22.07.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Cənubi Koreyanın Samsung şirkəti Londonda keçirilən Galaxy Unpacked tədbirində Google-un Gemini süni intellekt köməkçisi ilə təchiz olunmuş yeni ağıllı eynəklərini təqdim edib. Tədbirin təqdimatı Samsung-un rəsmi YouTube kanalında canlı yayımlanıb.

Şirkətin məlumatına görə, eynəklər bir enerji doldurması ilə 9 saata qədər işləyə bilir. Onların futlyarı isə 7 əlavə tam enerji doldurmanı təmin edir.

Cihazın idarə olunması üçün toxunmağa ehtiyac yoxdur – istifadəçilər eynəyi səsli əmrlər və əl jestləri vasitəsilə idarə edə bilərlər.

Əsas funksiyalar bunlardır:

Uzun mətn mesajlarının qısa audio xülasəsinin hazırlanması; Xarici dillərdən real vaxt rejimində tərcümə; Məlumatların mətn və ya səs formatında qeydə alınması və sistemləşdirilməsi; Marşrutun qurulması; Telefon danışığı zamanı istifadəçinin gördüyü görüntünün qarşı tərəflə paylaşılması.

Samsung ağıllı eynəyin iki modelini təqdim edib. Modellərdən biri Cənubi Koreyanın Gentle Monster, digəri isə ABŞ-ın Warby Parker eynək brendi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. İstifadəçilərə müxtəlif çərçivə və linza rəngləri təklif olunur.

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью