Samsung Gemini süni intellekt köməkçisi ilə təchiz edilmiş ağıllı eynəklərini təqdim edib
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Cənubi Koreyanın Samsung şirkəti Londonda keçirilən Galaxy Unpacked tədbirində Google-un Gemini süni intellekt köməkçisi ilə təchiz olunmuş yeni ağıllı eynəklərini təqdim edib. Tədbirin təqdimatı Samsung-un rəsmi YouTube kanalında canlı yayımlanıb.
Şirkətin məlumatına görə, eynəklər bir enerji doldurması ilə 9 saata qədər işləyə bilir. Onların futlyarı isə 7 əlavə tam enerji doldurmanı təmin edir.
Cihazın idarə olunması üçün toxunmağa ehtiyac yoxdur – istifadəçilər eynəyi səsli əmrlər və əl jestləri vasitəsilə idarə edə bilərlər.
Əsas funksiyalar bunlardır:
Uzun mətn mesajlarının qısa audio xülasəsinin hazırlanması; Xarici dillərdən real vaxt rejimində tərcümə; Məlumatların mətn və ya səs formatında qeydə alınması və sistemləşdirilməsi; Marşrutun qurulması; Telefon danışığı zamanı istifadəçinin gördüyü görüntünün qarşı tərəflə paylaşılması.Samsung ağıllı eynəyin iki modelini təqdim edib. Modellərdən biri Cənubi Koreyanın Gentle Monster, digəri isə ABŞ-ın Warby Parker eynək brendi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. İstifadəçilərə müxtəlif çərçivə və linza rəngləri təklif olunur.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 22 İyul 2026 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















