Şamxaninin qızının toy görüntüsü qalmaqal yaradıb | Icma.az
Icma.az bildirir, Gununsesi portalına istinadən. Oktyabrın 17-də İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Şamxaninin qızının toyun
Ölkədə qadınlara qarşı sərt məhdudiyyətlərə birbaşa nəzarət edən Şamxaninin qızının sinəsi açıq gəlinlikdə görüntülənməsi tənqidlərə səbəb o
Bu ilin aprelində keçirildiyi deyilən toyda Şamxani qızını zala gətirir. Videoda onun həyat yoldaşı da müasir mavi rəngli paltardadır.
“The New York Times” qəzetində Fərnaz Fassihi yazır ki, bu video bir çox səbəblərdən İranda siyasi sinfin və ictimaiyyətin əsəblərinə toxunub: “Bu, əksər iranlıların gündəlik dolanışıqda çətinliklə üzləşdiyi, bir çox gəncin evlənməyə maddi imkanı olmadığı bir vaxtda sərvətin nümayişidir; mühafizəkar islam dəyərlərinə sayğısızlıq kimi qəbul edilir; eləcə də, atanın gəlinlə birlikdə zala daxil olması Qərb tərzi toy ənənələrini əks etdirir, İranda gəlinlə bəy zala birlikdə girir”.
Bəzi siyasi təhlilçilər Şamxaninin istefa verməli, ictimai üzr istəməli olduğunu deyirlər.
İranda bir siyasi nəşrin redaktoru Əmir Hüseyn Musalla sosial mediada yazıb ki, bu video rejimin özünün dəstəklədiyi qanunlara inamının olmadığını, yalnız əhalinin “miskin” həyat sürməsini istədiyini göstərir.
Ə.Şamxani yeni yaradılmış Milli Müdafiə Şurasında Əli Xameneinin müşaviridir. İyuladək o, İran Ali Milli Təhlükəsizlik Şurasının sədri idi.
Vaxtilə müdafiə naziri postunda olub. O, X hesabında toy qalmaqalına “Lənətə gələsiz, mən hələ sağam!” deyə cavab verib.
Tam oxu
Xəbəri oxu