Icma.az
close
up
RU
Şamxaninin qızının toy görüntüsü qalmaqal yaradıb

Şamxaninin qızının toy görüntüsü qalmaqal yaradıb

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Oktyabrın 17-də İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Şamxaninin qızının toyundan sızdırılmış video sosial mediada sürətlə yayılıb. Ölkədə qadınlara qarşı sərt məhdudiyyətlərə birbaşa nəzarət edən Şamxaninin qızının sinəsi açıq gəlinlikdə görüntülənməsi tənqidlərə səbəb olub.

Bu ilin aprelində keçirildiyi deyilən toyda Şamxani qızını zala gətirir. Videoda onun həyat yoldaşı da müasir mavi rəngli paltardadır.

“The New York Times” qəzetində Fərnaz Fassihi yazır ki, bu video bir çox səbəblərdən İranda siyasi sinfin və ictimaiyyətin əsəblərinə toxunub: “Bu, əksər iranlıların gündəlik dolanışıqda çətinliklə üzləşdiyi, bir çox gəncin evlənməyə maddi imkanı olmadığı bir vaxtda sərvətin nümayişidir; mühafizəkar islam dəyərlərinə sayğısızlıq kimi qəbul edilir; eləcə də, atanın gəlinlə birlikdə zala daxil olması Qərb tərzi toy ənənələrini əks etdirir, İranda gəlinlə bəy zala birlikdə girir”.

Bəzi siyasi təhlilçilər Şamxaninin istefa verməli, ictimai üzr istəməli olduğunu deyirlər. İranda bir siyasi nəşrin redaktoru Əmir Hüseyn Musalla sosial mediada yazıb ki, bu video rejimin özünün dəstəklədiyi qanunlara inamının olmadığını, yalnız əhalinin “miskin” həyat sürməsini istədiyini göstərir.

Ə.Şamxani yeni yaradılmış Milli Müdafiə Şurasında Əli Xameneinin müşaviridir. İyuladək o, İran Ali Milli Təhlükəsizlik Şurasının sədri idi. Vaxtilə müdafiə naziri postunda olub.

O, X hesabında toy qalmaqalına “Lənətə gələsiz, mən hələ sağam!” deyə cavab verib.

Mühacirətdə yaşayan fəal Məsih Əlinejad X hesabında yazıb ki, Şamxaninin qızı dəbdəbəli toyunda açıq paltar geyindiyi vaxtda İranda qadınları saçlarını göstərdiyinə görə döyürlər.

İslam İnqilab Keşikçiləri Korpusuna bağlı “Tasnim” xəbər agentliyi də Admiral Şamxanini tənqid edib. Amma onun tərəfdarları deyirlər ki, siyasətçi rəqiblərinin qarayaxma kampaniyası ilə üzləşib, toyda yalnız qadınlar iştirak edib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Oktyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri