Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq. “Son günlər gündəmdə olan mühüm xəbərlərdən biri də Rusiyanın “Rossotrudniçestvo” təşkila
Buna səbəb həmin qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunmasıdır”.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov deyib.O bir neçə il əvvəl mətbuatda çıxış edərkən Ramiz Mehdiyevin bəzi hərəkətlərinə qarşı fikirlərini açıq söylədiyini deyib:“Xüsusən də, seçki proseslərinə müdaxilə etməsini, özü seçilə bilən, dövlətə, dövlətçiliyə bağlı olan milli adamların kənarda qalmasına, xalqın heç bir etimadını qazanmayan adamların isə məcburi həmin yerlərdən seçilməsinə, xalqın dövlətçiliyə qarşı narazı salınmasina xidmət edirdi.
Nəinki adları çəkilən, hazırda artıq vəzifədə işləməyən bu adamlar, bu gün vəzifədə olan bir çox adamlar da var ki, sanki suyun dibinə çöküblər, səsləri çıxmır.
Ancaq bunların bütün fəaliyyətləri, əməlləri göz qabağındadır.
Xüsusən də, hansı qurumlardakı insanlar açıq-aşkar incidilir, rüşvət alınır, yəni hər şeyi rüşvətlə həll etmək istiqamətinə yönəldilir.
Bu bir çox qurumlarda bu gün də davam etməkdədir. Bu adamların hərəkətinə başqa heç bir ad qoymaq olmaz.
Aydındır ki, onlar xaricdən idarə olunan hansısa bir casus şəbəkənin üzvləridir.