Icma.az
close
up
RU
Sanki suyun dibinə çöküblər, səsləri çıxmır İlham İsmayılov

Sanki suyun dibinə çöküblər, səsləri çıxmır İlham İsmayılov

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“Son günlər gündəmdə olan mühüm xəbərlərdən biri də Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin  dayandırılması olub. Buna səbəb həmin qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunmasıdır”. 
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov deyib.
O bir neçə il əvvəl mətbuatda çıxış edərkən Ramiz Mehdiyevin bəzi hərəkətlərinə qarşı fikirlərini açıq söylədiyini deyib:
“Xüsusən də, seçki proseslərinə müdaxilə etməsini, özü seçilə bilən, dövlətə, dövlətçiliyə bağlı olan milli adamların kənarda qalmasına, xalqın heç bir etimadını qazanmayan adamların isə məcburi həmin yerlərdən seçilməsinə, xalqın dövlətçiliyə qarşı narazı salınmasina xidmət edirdi.  Nəinki adları çəkilən, hazırda artıq vəzifədə işləməyən bu adamlar, bu gün vəzifədə olan bir çox adamlar da var ki, sanki suyun dibinə çöküblər, səsləri çıxmır. Ancaq bunların bütün fəaliyyətləri, əməlləri göz qabağındadır. Xüsusən də, hansı qurumlardakı insanlar açıq-aşkar incidilir, rüşvət alınır, yəni hər şeyi rüşvətlə həll etmək istiqamətinə yönəldilir. Bu bir çox qurumlarda bu gün də davam etməkdədir. Bu adamların hərəkətinə başqa heç bir ad qoymaq olmaz. Aydındır ki, onlar xaricdən idarə olunan hansısa bir casus şəbəkənin üzvləridir. Və onların məqsədi insanları daimi narazı vəziyyətdə saxlamaqla dövlətə qarşı bir gərginlik yaratmaqdır. Təbii ki, bu gün onların bir hissəsi işdən azad olunsa da, onlardan vəzifədə qalanları da var və hələ də insanları incidirək narazılıq yaradırlar”. 
O əlavə edib ki, Azərbaycan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkədə fəaliyyətinin dayandırılması üçün ABŞ-yə bildiriş göndərib:
“Bu barədə də münasibət bildirmək istəyirəm. Artıq açıqlamalardan da məlum olduğu kimi yarım milyarda yaxın vəsaitin ayrılması ilə bağlı istər QHT-lər, istər mətbuat, istərsə də ayrı-ayrı şəxslərin fəaliyyətləri hələ araşdırılır, yəqin ki, bundan sonra da araşdırılacaq. Bir çox antimilli hərəkətlər üzə çıxır. Pulu kim verirsə, sifarişi də o verir. Mən vaxtilə, təxminən 10-15 il bundan əvvəl bir mətbuat qurumuna müsahibəmdə bildirmişdim ki, yaxşı olar ki, milli istiqamətdə, xüsusən də Azərbaycan həqiqətlərinin çatdırılması ilə bağlı çalışan bir çox təşkilatlar dövlət tərəfindən maliyyələşsin. Çünki əks halda bəzən bilərəkdən və ya bilməyərəkdən belə təşkilatlar təsir altına düşə bilirlər. Hətta ilk vaxtlarda onlara şirnikləndirici təkliflər verirlər, sonra artıq sifarişlər dəyişilir. Buna Gürcüstan hadisələrini misal göstərmək olar. QHT-lərdən həm də sonda gördükləri işin hesabatı tələb olunur. Ona görə də bu gün  onların içində həqiqi mənada milli mücadiləyə, mübarizəyə özünü həsr etmiş bir şəxs, mətbuat görə bilmirəm. İlk baxışdan hamı bu istiqamətdə çalışdığını deyə bilər, ancaq yəqin ki, sübüt edə bilməzlər”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Fevral 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri