Sanksiya altında olan Rusiya təyyarəsi ilə İsrailə gələn kimdir?

10.11.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az Oxu.Az-a istinadən verdiyi xəbərə görə, Moskva vilayətindəki Çkalovsk hərbi aerodromundan havaya qalxan təyyarə noyabrın 9-da axşam saatlarında Ben-Qurion hava limanına eniş edib.

Hələlik nə İsrail, nə də Rusiya rəsmiləri bu səfərlə bağlı hər hansı rəsmi açıqlama verməyiblər.

Bildirilir ki, sözügedən təyyarə "Vaqner" özəl hərbi şirkətinin fəaliyyəti ilə ehtimal edilən əlaqələrinə görə 2023-cü ildən etibarən ABŞ-nin sanksiyaları altındadır.

Kostyukovun İsrailə hansı məqsədlə gəldiyi məlum deyil. Nəşrin məlumatına əsasən, bu səfər İran ətrafında yaranmış gərginlik və regionda mümkün eskalasiya fonunda baş tutub.

İsraildəki qısamüddətli dayanmadan sonra Rusiya təyyarəsi Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların başladığı Əbu-Dabiyə yola düşüb. Kostyukovun Rusiyanın danışıqlar aparan nümayəndə heyətinin tərkibinə daxil olduğu qeyd edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью