Sanksiya altında olan Rusiya təyyarəsi ilə İsrailə gələn kimdir?
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkə.az Oxu.Az-a istinadən verdiyi xəbərə görə, Moskva vilayətindəki Çkalovsk hərbi aerodromundan havaya qalxan təyyarə noyabrın 9-da axşam saatlarında Ben-Qurion hava limanına eniş edib.
Hələlik nə İsrail, nə də Rusiya rəsmiləri bu səfərlə bağlı hər hansı rəsmi açıqlama verməyiblər.
Bildirilir ki, sözügedən təyyarə "Vaqner" özəl hərbi şirkətinin fəaliyyəti ilə ehtimal edilən əlaqələrinə görə 2023-cü ildən etibarən ABŞ-nin sanksiyaları altındadır.
Kostyukovun İsrailə hansı məqsədlə gəldiyi məlum deyil. Nəşrin məlumatına əsasən, bu səfər İran ətrafında yaranmış gərginlik və regionda mümkün eskalasiya fonunda baş tutub.
İsraildəki qısamüddətli dayanmadan sonra Rusiya təyyarəsi Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların başladığı Əbu-Dabiyə yola düşüb. Kostyukovun Rusiyanın danışıqlar aparan nümayəndə heyətinin tərkibinə daxil olduğu qeyd edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 10 Noyabr 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















